YAP Qazax rayon təşkilatının Seçki Qərargahı seçki prosesinə hazırdır
25.08.2015 [10:13]
Noyabrda ölkəmizdə keçiriləcək növbəti parlament seçkiləri yaxınlaşdıqca seçkiyə hazırlıqla bağlı yerlərdə görülən işlər də intensivləşir. Müstəqil Azərbaycan tarixində keçirilən bütün seçkilərdə qələbə əldə edən Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatlarında yaradılan seçki qərargahları öz növbəsində yüksək fəallıqla seçkiyə hazırlaşırlar.
YAP Qazax rayon təşkilatının Seçki Qərargahı da bu istiqamətdə fəaliyyətini davam etdirir. YAP Qazax rayon təşkilatının və rayon təşkilatı Seçki Qərargahının sədri Həmid Pənahov qəzetimizə bildirib ki, rayon ərazisində 2 Seçki Dairəsi mövcuddur. Onun sözlərinə görə, 43363 nəfər seçicisi olan 107 saylı Qazax Seçki Dairəsi üzrə 38 seçki məntəqəsi fəaliyyət göstərir. 13528 nəfər seçicisi olan 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi üzrə isə Qazax rayonunun inzibati ərazisinə 12 məntəqə düşür.
Yeri gəlmişkən, bu günlərdə YAP Qazax rayon təşkilatının Seçki Qərargahının toplantısı keçirilib. Toplantıda çıxış edən Seçki Qərargahının rəhbəri Həmid Pənahov vurğulayıb ki, YAP Qazax rayon təşkilatının Seçki Qərargahı var qüvvəsi ilə iş başındadır: “Biz artıq seçki prosesinin bütün mərhələlərinə hazırıq. Təbliğat qrupları hazırlanıb. Mərkəzi Aparatın tövsiyələrinə uyğun olaraq, müşahidəçilərimiz, məşvərətçi səs hüquqlu komissiya üzvləri üçün treninqlər keçiririk”.
YAP Qazax rayon təşkilatının sədri bu cür treninqlərin seçki mədəniyyətinin daha da təkmilləşdirilməsi istiqamətində böyük faydasının da olduğunu qeyd edib: “YAP böyük seçki təcrübəsinə malik bir partiyadır. Xalqımız hər zaman Yeni Azərbaycan Partiyasının apardığı siyasəti dəstəkləyib. Bunun ən böyük səbəbi partiyamızın dövlətçilik və millətçilik yönündə fəaliyyət sərgiləməsidir”.
Seçki Qərargahının üzvü Paşa Hadıyev bildirib ki, hər birimiz seçkilərdə böyük uğur əldə edəcəyimizə inanırıq. Bu da səbəbsiz deyil. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidməti ilə seçilib. Ona görə də, ölkənin digər bölgələrində olduğu kimi Qazax rayonunun seçiciləri də hər zaman YAP-ın irəli sürdüyü namizədləri dəstəkləyirlər.
Seçki Qərargahının üzvü Vüsal İsmayılov deyib ki, YAP Qazax rayon təşkilatının Seçki Qərargahı öz fəaliyyətini partiya Mərkəzi Aparatının tövsiyə və tapşırıqları əsasında qurur. Onun sözlərinə görə, gənclər seçki qabağı prosesdə xüsusi aktivlik nümayiş etdirirlər.
Seçki Qərargahının başqa bir üzvü Babək Vələdov isə deyib ki, partiya rayon təşkilatının Seçki Qərargahı qarşıdan gələn seçki prosesinə tam hazırdır. İmza toplayacaq, təbliğat prosesində iştirak edəcək mobil qruplar artıq hazırlanıb və onlara treninqlər keçirilir. B.Vələdov YAP-ın bu seçkilərdə də uğurlu qələbə əldə edəcəyinə inamını ifadə edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55

