Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Şirvan şəhər təşkilatının Seçki Qərargahının toplantısı keçirilib

YAP Şirvan şəhər təşkilatının Seçki Qərargahının toplantısı keçirilib

02.09.2015 [10:11]

Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının Seçki Qərargahının toplantısı keçirilib. Toplantıda YAP Şirvan şəhər təşkilatının Seçki Qərargahının üzvləri və namizədlər üçün imza toplayacaq şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov açaraq növbəti parlament seçkilərinin də ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisə olacağını deyib. O, qarşıdan gələn parlament seçkilərində partiya tərəfindən irəli sürüləcək namizədlərin istər imzatoplama, istərsə də təbliğat-təşviqat kampaniyalarının uğurla həyata keçirilməsində Seçki Qərargahı üzvlərinin fəal şəkildə iştirak edəcəklərinə və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə əmin olduğunu bildirib.
Daha sonra çıxış edən YAP Şirvan şəhər təşkilatı Qadınlar Şurasının sədri M.Səmədova YAP Şirvan şəhər təşkilatının noyabrda keçiriləcək Milli Məclisə seçkilərə yüksək səviyyədə hazırlaşdığını deyib. M.Səmədova YAP şəhər təşkilatı Qadınlar Şurasının bu seçkilərdə də aktiv fəaliyyət göstərəcəyini, partiyamızın inamlı qələbəsi üçün bütün güclərini səfərbər edəcəklərini bildirib.
Çıxış edən YAP Şirvan şəhər təşkilatı İdarə Heyətinin üzvü Ə.Əliyeva qarşıdan gələn parlament seçkilərində YAP Şirvan şəhər təşkilatının Seçki Qərargahının bütün işləri layiqincə yerinə yetirəcəyinə əminlik ifadə edib.
Tədbirin sonunda YAP Şirvan şəhər təşkilatının sədri Ə.İbrahimov qarşıdakı dövrdə görüləcək işlərlə bağlı tədbir iştirakçılarına nümunə vərəqləri və təlimatlar paylayıb.

Paylaş:
Baxılıb: 833 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30