/ / Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin təşkili kampaniyasına start verib
Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin təşkili kampaniyasına start verib
21.06.2017 [09:35]
Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ümumxalq inamının və dəstəyinin əyani ifadəsi olaraq, ötən il həyata keçirdiyi dəstək aksiyasını bu ilin yay mövsümündə də davam etdirmək barədə qərar qəbul edib.
Yeni Azərbaycan Partiyasının təşəbbüsü və vəsaiti hesabına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin təşkili kampaniyasına start verilib.
2016-cı ilin aprelində erməni işğalçılarının azğın təxribatlarının qarşısını igidliklə almış və düşmən həmlələrinə layiqli cavab vermiş Silahlı Qüvvələrin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahəti Lənkəran rayonu ərazisində yerləşən “Palıdlı sahil” istirahət mərkəzində təşkil edilib. Bu kampaniya mərhələli şəkildə davam edəcək.
Yeni Azərbaycan Partiyası tərəfindən atılmış bu vətənpərvər addım Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, onun əsgər və zabit heyətinə ümumxalq inamının və dəstəyinin, ordu və xalqın möhkəm birliyinin əyani ifadəsi kimi dəyərləndirilməlidir.
Dünən aprel döyüşlərində şəhid olan, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ailə üzvlərinin bir qrupu Yeni Azərbaycan Partiyasının maliyə dəstəyi ilə Lənkərana - “Palıdlı sahil” istirahət mərkəzinə yola salınıb.
Müdafiə Nazirliyinin nümayəndəsi yolasalma mərasimində çıxış edərək deyib ki, tədbirə dəvət olunanlar bir həftə ərzində cənub bölgəsinin gorməli yerləri ilə tanış olacaq, Ulu öndər Heydər Əliyevin adı ilə bağlı yerləri, Şəhidlər xiyabanını ziyarət edəcək, muzeylərdə olacaqlar. Tədbir təkcə istirahətlə məhdudlaşmayacaq. Astara, Lerik, Lənkəran rayonlarının sakinləri qazanılan qələbə üçün şəhid olanlarımızın, sağlamlığını itirənlərimizin ailə üzvləri ilə tanış olacaqlar ki, bu da vətənpərvərlik duyğularının daha da yüksəldilməsində vəsilə olacaqdır. Tədbirin davam etdiyi müddətdə Müdafiə Nazirliyi və “Palıdlı sahil” istirahət mərkəzinin birgə təşkilatçılığı ilə silsilə mədəni-kütləvi tədbirlər keçiriləcək ki, bu tədbirlərin də mahiyyəti dövlətçiliklə bağlı olacaq. Belə tədbirlər ordu ilə xalq arasında münasibətlərin daha da möhkəmlənməsinə yönəldilir.
Tədbir müddətində yerli incəsənət ustaları özfəaliyyət kollektivlərinin üzvləri, eləcə də H.Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi maraqlı konsert proqramları ilə çıxışlar edəcək.
İstirahətə yola düşməzdən əvvəl Silahlı Qüvvərin Təlim-Tədris Mərkəzində iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi ziyarət edilib, önünə güllər qoyulub. Hamı bir daha əmin olub ki, heç kim unudulmur.
Şəhid Tural Həşimlinin atası Əbdül Həşimli belə bir tədbirə, bu diqqətə, qayğıya görə görə təşkilatçılara minnətdarlığını bildirib.
Yolasalma mərasimində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun atası Salman Qurbanov deyib:
- Mənim oğlum da Vətən naminə döyüşdü, şəhid oldu. Onun xidmət yoldaşlarının hər birini oğlum bilirəm. Inanıram ki, əsgərlərimiz yaxın vaxtlarda qazanacağı qələbə ilə şəhidlərimizin ruhunu şad edəcəklər. Həmin gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə oğlumun adı verilmiş postda olacam. Bu tədbirə görə təşkilatçılara minnətdarlığımı bildirirəm.
Nicat İsgəndərlinin (Tərtər), Müşviq Orucovun (Zəngilan), Zakir Cəfərlinin (Ağdam) ailə üzvləri də bu tədbirdən məmnun qaldıqlarını deyirlər.
C.Naxçıvanski adına Hərbi liseyin kursantları aprel döyüşlərində şəhid olanların, döyüşlərdə sağlamlığını itirənlərin ailə üzvlərini Lənkərana alqışlarla yola salıblar.
Lənkəranda “Palıdlı sahil” istirahət mərkəzinin bir həftəsi təkcə istirahət edənlərin deyil, tədbirin təşkilatçılarının da, istirahət edənlərlə ünsiyyətdə olanların da yaddaşından heç zaman silinməyəcək.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası 2016-cı ilin yay mövsümündə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətini təşkil edib, bundan əvvəl isə dəfələrlə müxtəlif formalarda, o cümlədən xeyriyyə tədbirləri təşkil etməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna vəsaitlər köçürüb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

