YAP Yardımlı rayon təşkilatının IX konfransı keçirilib
28.09.2017 [10:16]
Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatının IX konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Milli Məclisin deputatı Mirkazım Kazımov, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov və digər qonaqlar iştirak ediblər.
Konfrans nümayəndələri və qonaqlar əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri qoyublar.
Tədbirin rəsmi hissəsində YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev çıxış edərək bildirib ki, müasir müstəqil Azərbaycan Respublikasının memarı, Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və sədaqətlə davam etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir: “Bu tərəqqini hər bir Azərbaycan vətəndaşı rifah halının yüksəlməsi, özünün sosial vəziyyətinin yaxşılaşması şəklində görür və hiss edir. Eyni zamanda, bütün regionlarımızda genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, mövcud problemlərin həll edilməsi, kəndlərimizin, şəhərlərimizin yenidən qurulması ölkəmizin sürətli inkişafına əyani sübutdur. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan regionun lider dövlətinə çevrilməklə bərabər, həm də beynəlxalq aləmdə güclü dövlət və etibarlı tərəfdaş kimi tanınıb. Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edir, yeni nailiyyətlərə imza atır. Azərbaycan dünya miqyasında idman, multikulturalizm, dini, milli tolerantlıq və bir çox digər sahələr baxımından nümunəvi ölkəyə çevrilib”.
M.Mirzəyev bildirib ki, hesabat dövründə YAP Yardımlı rayon təşkilatı konfranslararası müddət ərzində öz fəaliyyətini partiyanın Nizamnaməsi və Proqram müddəalarının, Yeni Azərbaycan Partiyasının qurultaylarının qərarlarının, İcra Katibliyinin tapşırıq və tövsiyələrinin rəhbər tutulması əsasında tam dəqiqliyi ilə həyata keçirib.
Konfransda çıxış edən Milli Məclisin deputatı Mirkazım Kazımov YAP-ın çətin dönəmlərdə yarandığını, həmin dövrdə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalının Ümummilli lider Heydər Əliyevə müraciət etdiyini bildirib: “Məhz bu müraciətdən sonra Naxçıvanda 550 nəfər nümayəndənin iştirakı ilə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bununla Azərbaycanın xilas edilməsi mərhələsi başlanmış oldu. Xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində növbəti mühüm hadisə oldu. Bu gün əsası o zaman dahi lider Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində ölkəmiz bütün sahələr üzrə sürətlə inkişaf edir, gözəlləşir, güclənir. Sevindirici haldır ki, bu uğurlu və xilaskar siyasət dahi liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir”.
Sonra YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək partiyanın Azərbaycanın ictimai-siyasi həyatındakı əhəmiyyətindən, yaranma zərurətindən, keçdiyi inkişaf yolundan danışıb: “Məlum olduğu kimi, Azərbaycan 1992-ci ildə çətin bir vəziyyətdə idi. Ölkədə qarışıqlıq, anarxiya hökm sürürdü. Bir tərəfdən Ermənistanın işğalçılıq siyasəti, digər tərəfdən isə daxili çəkişmələr Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təhlükə qarşısında qoymuşdu. Bunu görən xalqımızın dahi oğlu Heydər Əliyev ziyalıların müraciətinə cavab verərək Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razı olduğunu bildirdi. Azərbaycan xalqının tarixində çox mühüm rol oynayan bu hadisə ölkədə yeni ictimai-siyasi situasiyanın yaranmasının, dövlətçiliyimizin xilasının başlanğıcı oldu. YAP yarandığı gündən çox qısa müddət sonra Azərbaycanda hakimiyyət partiyasına çevrildi və o zamandan da məhz Azərbaycan xalqının rifahı, dövlətimizin inkişafı naminə çox geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazandı”.
V.Rəhimzadə qeyd edib ki, o dövrdə hakimiyyətdə olan siyasi qüvvələr tərəfindən Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə imkan verilmədiyindən konfrans 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi: “Respublikanın şəhər və rayonlarından 550 nəfərdən artıq nümayəndənin iştirak etdiyi konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqramı və Nizamnaməsi qəbul edildi. Konfransda Ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Eyni zamanda, partiyanın Siyasi Şurası və İdarə Heyəti formalaşdı. Beləliklə, YAP böyük bir güc mərkəzi kimi ölkənin ictimai-siyasi həyatına daxil oldu. Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illər ərzində ölkə həyatında əhəmiyyətli dəyişikliklər müşahidə olunub və hər bir vətəndaşın yaşayış səviyyəsində ciddi irəliləyişlər baş verib. Bu gün qürur hissi ilə qeyd etməliyik ki, artıq Yeni Azərbaycan Partiyasının sıralarında 700 mindən çox vətəndaşımız birləşib. Azərbaycan tarixində indiyə qədər 700 min üzvü olan siyasi təşkilat olmayıb. Sevindirici haldır ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı bu siyasəti və inkişafı daha da sürətləndirərək respublikamızın bütün dünyada tanınmasına nail olub. Sözsüz ki, bu inkişafın önündə YAP lokomotiv kimi çıxış edərək xalqın rifahına xidmət edir və bundan sonra da edəcəkdir”.
Tədbirdə çıxış edən Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov bildirib ki, YAP tarixi zərurətdən yaranıb: “YAP Azərbaycanın ictimai-siyasi həyatına qurucu partiya kimi daxil olmaqla bütün sahələrə yeni ruh, yeni nəfəs gətirdi. Yarandığı gündən onun xalq arasında siyasi nüfuzu, siyasi gücü artdı, inkişafımızın bütün sahələrinə təsir etmək qabiliyyəti yüksəldi”.
Ayaz Əsgərov vurğulayıb ki, 1992-ci il oktyabrın 24-də Ulu öndər Heydər Əliyev ziyalıların müraciətinə cavab verərək YAP-ın yaranmasına və ona rəhbərlik etməyə razılığını bildirdi: “Azərbaycan xalqının tarixində çox mühüm rol oynayan bu hadisə ölkədə yeni ictimai-siyasi situasiyanın yaranmasının, dövlətçiliyimizin xilasının başlanğıcı oldu. YAP yarandığı gündən çox qısa müddət sonra Azərbaycanda hakimiyyət partiyasına çevrildi və o zamandan da məhz Azərbaycan xalqının rifahı, dövlətimizin inkişafı naminə çox geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazandı”.
Sonra konfransda təşkilati məsələlərə baxılıb, Mahir Mirzəyev yenidən YAP Yardımlı rayon təşkilatının sədri seçilib. Konfransda, həmçinin sədrin müavinləri, rayon təşkilatının 15 nəfərdən ibarət İdarə Heyəti, 37 nəfərdən ibarət Şura və 7 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupu formalaşdırılıb.
Xəbər lenti
Hamısına baxİdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45

