Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində yaşıllaşdırma aksiyasına start verib

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində yaşıllaşdırma aksiyasına start verib

02.12.2017 [01:18]

Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatı İsmayıllı Meşə Mühafizəsi və Bərpası müəssisəsi (MMBM) ilə birgə partiyanın yaranmasının 25 illik yubileyi münasibətilə “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində yaşıllaşdırma aksiyasına start verib. Aksiya çərçivəsində Qalınçaq meşəbəyliyinin 3 saylı dolayında - Topçu kəndi ərazisində 1 ha sahədə 600 findıq tingi əkilib.
İsmayıllı rayonunda ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində rayon təşkilatının təşkilatçılığı ilə silsilə ağacəkmə kampaniyaları, iməciliklər keçirilir, rayonda yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və rayonun daha da gözəlləşməsinə yönəlmiş işlər görülür.

Paylaş:
Baxılıb: 748 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30