Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Qaradağ rayonunda uğurla davam edir
30.03.2018 [10:26]
Kampaniya çərçivəsində növbəti görüş rayonun Qobustan qəsəbəsinin seçiciləri ilə keçirilib
Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Qaradağ rayonunda uğurla davam edir. Kampaniya çərçivəsində növbəti görüş rayonun Qobustan qəsəbəsinin seçiciləri ilə keçirilib. Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov ölkəmizdə prezident seçkilərinin demokratik, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində görülən mütərəqqi işlər barədə məlumat verib. Milli Məclisin deputatı daha sonra YAP-ın prezident seçkilərində namizədi cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycanın qazandığı əzəmətli nailiyyətlər barədə danışıb. Millət vəkilinin sözlərinə görə, hazırda dünyanın ən sürətlə inkişaf edən ölkəsi olan Azərbaycanda vətəndaşların sosial rifahının və həyat standartlarının yüksəldilməsi, regional inkişaf proqramlarının uğurla icrası, ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi, demokratik təsisatların fəaliyyətinin genişləndirilməsi istiqamətində də möhtəşəm nailiyyətlər əldə olunub. Qarşıda da böyük hədəflərin dayandığını bildirən A.Hüseynov deyib ki, Azərbaycanın yüksək səviyyədə inkişaf etmiş ölkələr sırasına daxil olmasını təmin edəcək bu hədəflərin reallaşdırılması üçün cənab İlham Əliyevə səs verməliyik.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Mirzəcan Xəlilov son 15 ildə ölkəmizin iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verərək deyib ki, bu dövr ərzində həyata keçirilən ardıcıl islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə yüksəlib. Sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb.
Daha sonra çıxış edən YAP Qaradağ rayon təşkilatı seçki qərargahının üzvləri Xaliq Məmmədov, Nazim Hüseynov və Nəriman Qurbanov, Milli qəhrəman atası Əliyusif Əliyev, qəsəbə ağsaqqalı Əlicavan İbrahimov və Zaməddin Həmşəyev cənab İlham Əliyevin Azərbaycan dövlətinin inkişafı və xalqımızın rifahının yüksəldilməsi istiqamətində misilsiz xidmətlərindən bəhs ediblər. Görüşdə bir daha əminliklə vurğulanıb ki, aprelin 11-də Qaradağ rayon seçiciləri Azərbaycanın daha parlaq gələcəyi naminə cənab İlham Əliyevə səs verəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:16
Dünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40

