YAP Xəzər rayon təşkilatının yaranmasının 25 illiyi qeyd olunub
20.09.2018 [09:10]
Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının yaranmasının 25 illiyi münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Sonra tədbir YAP Xəzər rayon təşkilatının inzibati binasında davam edib. Çıxış edən YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov rayon partiya təşkilatının yaranma tarixindən, keçən illər ərzində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.
Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov əlamətdar hadisə münasibətilə Xəzər rayon təşkilatının üzvlərini təbrik edib. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını deyən S.Novruzov ötən dövr ərzində partiyanın şərəfli yol keçdiyini vurğulayıb. Onun sözlərinə görə, bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası böyük nailiyyətlər qazanır. 700 min nəfərdən çox insanı öz ətrafında birləşdirən partiyamız Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir.
YAP Xəzər rayon təşkilatının partiyanın nümunəvi yerli strukturlarından biri olduğunu deyən S.Novruzov təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə, həmçinin Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədr müavini Zeynəb Əliyeva və təşkilatın Gənclər Birliyinin sədri Məxmər Rüstəmova çıxış ediblər. Çıxış edənlər tədbir iştirakçılarını yubiley münasıbətilə təbrik edərək YAP Xəzər rayon təşkilatının yaranma tarxi, inkişafı və əldə etdiyi uğurları qeyd edib, eyni zamanda partiyanın ölkəmizin ictimai-siyasi həyatındakı rolundan danışıblar.
Sonda YAP Xəzər rayon təşkilatının yaranmasında və inkişafında göstərdikləri fəallığa görə bir qrup partiya üzvü Fəxri fərmanla və qiymətli hədiyyələrlə təltif olunub. Həmçinin YAP sıralarına yeni üzv olmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45

