YAP Gəncə şəhər təşkilatının yaradılmasının 25-ci ildönümü qeyd olunub
30.11.2018 [10:24]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 26-cı, YAP Gəncə şəhər təşkilatının yaradılmasının 25-ci ildönümü münasibəti ilə konfrans keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Milli Məclisin deputatları Rauf Əliyev, Musa Quliyev, Xanlar Fətiyev, Pərvin Kərimzadə və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə partiyanın qurucusu, Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransı giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov YAP-ın yaradılmasının 26-cı, YAP Gəncə şəhər təşkilatının yaradılmasının 25-ci ildönümü münasibətilə partiya üzvlərini təbrik edib. O qeyd edib ki, ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malik olan Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin ideyaları ilə yaşayır və inkişaf edir.
Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan uğurlardan danışıb. YAP-ın xalqımız və Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətlərindən bəhs edən Siyavuş Novruzov bildirib ki, YAP yarandığı gündən xalqa, dövlətə xidməti fəaliyyətinin əsas xətti kimi qəbul edib. Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın Azərbaycanın ictimai-siyasi həyatına daxil olması ilə Azərbaycanın tarixində yeni dövr başlayıb.
Konfransda həmçinin millət vəkilləri Musa Quliyev, Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədr müavini, AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, ADAU-nun rektoru, professor İbrahim Cəfərov çıxış edərək partiyanın keçdiyi şərəfli inkişaf yoluna nəzər salıblar. Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın mühüm rolu və xidmətlərindən söz açan natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasının uğurla reallaşdırıldığını və dövrün tələbləri baxımından inkişaf etdirilərək bütün sahələrdə möhtəşəm nailiyyətlərin əldə olunduğunu vurğulayıblar.
YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın bu gün qarşımızda xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi vəzifələr qoyduğunu diqqətə çatdırıb. Naqif Həmzəyev həmçinin bildirib ki, 252 ərazi ilk partiya təşkilatında 42 112 nəfər partiya üzvünü birləşdirən YAP Gəncə şəhər təşkilatı da böyük inkişaf yolu keçərək, öz sıralarını daim genişləndirib, partiyanın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirib. Sevindirici haldır ki, YAP Gəncə şəhər təşkilatının üzvlərinin 56,3 faizini gənclər, 62,7 faizini isə qadınlar təşkil edir.
Tədbirin sonunda Gəncə şəhərinin ictimai-siyasi həyatında fəallıq göstərən veteran partiya üzvləri təltif ediliblər, YAP sıralarına yeni qoşulan bir qrup gəncə isə partiya vəsiqələri təqdim olunub.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov YAP Gəncə şəhər təşkilatının 42 mininci üzvlük vəsiqəsini ADAU-nun tələbəsi Gülşən Nəbiyevaya təqdim edərək, milyonlarla insanın inam və etimad ünvanına çevrilən partiyanın sıralarında uğurla addımlamağı arzulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18

