YAP İdarə Heyətinin iclası keçirilmişdir
31.01.2019 [09:07]
Yanvarın 30-da Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilmişdir.
İclasda YAP İdarə Heyətinin 2018-ci ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurasının tərkibi haqqında 2018-ci ilə dair illik statistik hesabat, partiyanın 2018-ci il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2019-cu ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilmişdir.
İdarə Heyətinin iclasında 2018-ci ildə Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişafın davam etdiyi bildirilmiş, vurğulanmışdır ki, 2018-ci ildə müstəqil Azərbaycanın tarixində ən mühüm siyasi hadisə - Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi olmuşdur. Azərbaycanda prezident seçkiləri elan edildikdən dərhal sonra Yeni Azərbaycan Partiyasının növbəti, VI Qurultayı keçirilmiş, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilmişdir.
Yeni Azərbaycan Partiyası bütövlükdə seçki kampaniyasını çox uğurla həyata keçirmiş, Prezidentliyə namizəd cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində ölkənin hər bir yaşayış məntəqəsini əhatə etməklə seçicilərlə möhtəşəm görüşlər keçirilmişdir. 11 aprel tarixi isə Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə inam və dəstəyinin möhtəşəm təntənəsi oldu. Azərbaycan seçicilərinin mütləq əksəriyyəti Ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamına - Azərbaycanın dinamik inkişafına və qüdrətli gələcəyinə səs verdi.
Hesabat dövründə Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirmiş, ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirmişdir.
Yeni Azərbaycan Partiyası hesabat dövründə beynəlxalq əlaqələrinin daha da şaxələndirilməsi istiqamətində səylərini uğurla davam etdirmişdir. Müxtəlif ölkələrin aparıcı siyasi partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında mövcud münasibətlər daha da genişləndirilmiş, bu istiqamətdə bir sıra mühüm görüşlər keçirilmişdir.
Hesabatda daha sonra qeyd edilmişdir ki, Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi ötən il ərzində də davam etmiş, bu dövr ərzində 24 min nəfərdən çox yeni üzv qəbul edilmiş və beləliklə, partiya üzvlərinin sayı 732 min nəfəri keçmişdir. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil etmişdir.
İdarə Heyətinin iclasında YAP-ın ötən ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilmişdir. Qeyd olunmuşdur ki, 2018-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 9 413 001 manat olmuşdur. Bunun 8 045 144 manatını üzvlük haqları, 1 367 857 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil etmişdir. Bundan əlavə, hesabat ilinin əvvəlinə partiyanın cari və ehtiyat hesablarında 6 446 014 manat olmuşdur.
Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 4 671 869 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əməkhaqqının ödənilməsinə, 633 991 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 184 197 manatı ezamiyyə xərclərinə, 447 067 manatı inventarların alınmasına, 6 882 258 manatı Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının tikintisinə, 232 863 manatı təmir işlərinə, 453 255 manatı kommunal və təsərrüfat xərclərinə, 288 019 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 71 125 manatı bank xidmətinə, 57 692 manatı dəftərxana xərclərinə, 33 035 manatı çap işlərinə, 212 817 manatı isə sair xərclərə sərf edilmişdir.
Beləliklə, hesabat ilinin sonuna partiyanın cari hesablarında 1 937 374 manat qalmışdır.
Xəbər lenti
Hamısına baxSosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20

