YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
17.05.2019 [09:36]
Mayın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev IV konfransdan ötən müddət ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib.
Sonra konfrans iştirakçılarından Emin Paşayev, Eldar Dərişov, Elgiz Mirzəyev hesabat məruzəsi ətrafında çıxış edərək görülmüş işləri qənaətbəxş qiymətləndiriblər.
Çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov şəhər təşkilatının ötən illər ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışıb və bu tədbirlərdə xüsusən gənclərin aktiv fəaliyyətini müsbət qiymətləndirib. C.Yusubov qeyd edib ki, ölkə Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını ifadə etmək, cəmiyyətdə layiqli yer tutmaları üçün münbit şərait yaradıb.
Konfransda çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, Azərbaycan gəncliyi ölkəmizin inkişafı prosesində və uğurların qazanılmasında fəal iştirak edir. Onun sözlərinə görə, Mingəçevir şəhərində quruculuq işlərində də gənclər, o cümlədən YAP-ın üzvü olan gənclər yaxından iştirak edirlər.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında Azərbaycan gəncliyinin potensial imkanlarının ortaya qoyulması üçün dövlətin göstərdiyi diqqət və qayğıdan bəhs edib. Natiq Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində gənclərimizin qazandıqları nailiyyətlərdən danışıb. O bildirib ki, Yeni Azərbaycan Partiyasında gənclərə öz fəaliyyətlərini daha da genişləndirmələri üçün lazımi şərait yaradılıb. A.Mirzəzadə sonda YAP Mingəçevir şəhər təşkilatının Gənclər Birliyinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Mingəçevir şəhər təşkilatının 37 nəfərdən ibarət Şura, 15 nəfərdən ibarət İdarə Heyəti müəyyənləşib. Bəxtiyar Mustafayev şəhər təşkilatı Gənclər Birliyinin sədri, Aytac Cavadova və Cavid Məmmədov isə sədr müavinləri seçilib.
Həmçinin YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

