/ / Masallı seçiciləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinin inamlı qələbə qazanacağına əmindirlər
Masallı seçiciləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinin inamlı qələbə qazanacağına əmindirlər
03.12.2009 [09:47]
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonunun Ərkivan qəsəbəsi, Boradigah, Hişkədərə kəndlərində seçicilərlə görüş keçirib. Tədbirlərdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Əmanət Əzizov bildirib ki, bələdiyyələr ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynayan institut kimi mühüm əhəmiyyət kəsb edir. “Bələdiyyələr ölkəmizdə həyata keçirilən sosial, iqtisadi, mədəni, humanitar tədbirlərdə fəal iştirak edərək vətəndaşların sosial məişət qayğılarının həllində xüsusi rola malikdir. Bu, yerli özünüidarəetmə strukturlarının ölkə həyatının müxtəlif sahələrində aktiv iştirak etməsi üçün ötən müddət ərzində fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb”.
YAP rayon təşkilatının sədrinin fikrincə, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi onların qarşıdakı illərdə qeyd olunan hədəflərə nail olmasına imkan verəcək. Əmanət Əzizov Masallı rayonunun sakinlərinin həmişə seçkilərdə fəal iştirak etdiklərini xatırladaraq onların dekabrın 23-də yerli özünüidareətmə orqanlarına keçirilən seçkilərdə də fəal olacağına inandığına və ən layiqli namizədlərə səs verəcəklərinə əmin olduğunu qeyd edib. “Seçkiyə ciddi hazırlıq onu deməyə əsas verir ki, Masallı seçiciləri bu prosesdə yüksək aktivlik nümayiş etdirməklə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçkilərdə qələbəsini təmin etmiş olacaqlar”.
Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov bələdiyyə seçkiləri ilə bağlı partiyanın seçki proqramı haqqında ətraflı məlumat verib. M.Kazımov qeyd edib ki, yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər partiya üzvləri qarşısında ciddi vəzifələr qoyur. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlərdən danışan natiq qeyd edib ki, ötən müddət ərzində namizədliyi irəli sürülmüş YAP üzvləri ilə mütəmadi görüşlər keçirilib, onlara bələdiyyələrin ölkənin ictimai-siyasi həyatında oynadığı rolun əhəmiyyəti barədə geniş məlumat verilib. Hazırda seçkilərin mühüm mərhələsi olan təşviqat kampaniyasının əhəmiyyətini vurğulayan YAP-ın səlahiyyətli nümayəndəsi bildirib ki, YAP bələdiyyə seçkiləri ilə bağlı birinci mərhələni uğurla başa çatdırıb. “YAP-ın qeydə alınmış namizədlərinin seçkilərdə qələbə qazanmaq şansları olduqca böyükdür. 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində 60 faizdən çox yerə sahib olan YAP üzvləri dekabrın 23-də daha çox yer əldə edə biləcəklər. çünki son 5 ildə partiyamız daha da güclənib və sıralarında 500 min insanı birləşdirir. Xalqın böyük dəstəyinə malik olan YAP-ın bələdiyyə seçkilərində inamlı qələbəsini şərtləndirən bir çox faktorlar mövcuddur, əsas amil isə xalqın partiyaya olan inamının ötən illər ərzində daha da möhkəmlənməsidir. YAP ümumxalq partiyası olduğundan xalqın gücü ilə qələbələrini təmin edə bilib. Partiyamız ötən 17 ildə 4 prezident, 3 parlament və 2 bələdiyyə seçkilərində iştirak edərək ən yüksək nəticələrlə qələbə qazanıb. Həmişə xalqın dəstəyinə güvənən partiyamız dekabrın 23-də növbəti dəfə bu inamı təsdiq edəcək”.
Səlahiyyətli nümayəndənin sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində respublikamızın inkişafı sürətlənib və hər bir vətəndaş bunu öz sosial həyatında hiss edir. ölkəmizin ümumi inkişafına öz töhfəsini verən YAP-ın resurslarının güclənməsi də məhz keçirilən seçkilərdə öz təsdiqini tapır. Builki seçkilərdə qadınların və gənclərin aktivliyinə toxunan M.Kazımov yerli özünüidarəetmə orqanlarında onların təmsilçiliyinin artmasının, ümumilikdə cəmiyyətin tərəqqisinə, bölgələrdə mühüm sosial-humanitar məsələlərin həllinə köməklik göstərəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən seçicilər YAP-ın namizədlərinin bələdiyyə seçkilərində inamlı qələbə qazanacağına əminliklərini ifadə ediblər. Onlar əvvəlki seçkilərdə olduğu kimi dekabrın 23-də də yüksək seçici fəallığı nümayiş etdirəcəklərini, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin qələbəsinin təmin olunması üçün yekdilliklə səs verəcəklərini bildiriblər. Ərkivan qəsəbəsinin və Boradigah, Hişkədərə kəndlərinin sakinləri qeyd ediblər ki, onlar həmişə seçkilərə böyük ruh yüksəkliyi ilə gediblər və hamılıqla səsvermədə iştirak ediblər. Masallı sakinləri bu dəfə də YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.
ELBRUS
Xəbər lenti
Hamısına baxAnalitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54

