/ / Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşüb
Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşüb
23.07.2019 [09:44]
Əli Əhmədov: Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur və ölkəmizdə mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur
Dünən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb. Görüşdə Əli Əhmədov jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycanda hər il Milli Mətbuat Gününün yüksək səviyyədə qeyd olunduğunu deyən Əli Əhmədov bu faktı cəmiyyətin mətbuata verdiyi önəmin ifadəsi kimi dəyərləndirib. O qeyd edib ki, mətbuat bütün cəmiyyətlərdə, o cümlədən Azərbaycan cəmiyyətində söz, fikir, ideya azadlığının həyata keçirilməsində əhəmiyyətli rol oynayan vasitələrdən biridir. “Müasir həyatı mətbuatsız, informasiyasız təsəvvür etmək mümkün deyil. Cəmiyyət inkişaf etdikcə, müasirləşdikcə informasiyanın və informasiyanı insanlara çatdıranların rolu və əhəmiyyəti getdikcə artır. Bu mənada mətbuatın cəmiyyətdə müsbət rolu həmişə qiymətləndirilir”, - deyən YAP Sədrinin müavini söyləyib ki, müasir Azərbaycan cəmiyyəti də söz və mətbuat azadlığını daim həyata keçirmək üçün mətbuatın rolunu yüksək qiymətləndirir.
Əli Əhmədov qeyd edib ki, Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur və ölkəmizdə mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur. Azərbaycanda çoxlu sayda KİV-in mövcud olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, onlar cəmiyyətimizin, insanların informasiya ilə təmin olunmasında vacib rol oynayırlar. Eyni zamanda, yeni çağırışların nümunəsi olan sosial şəbəkələr də çox vacib informasiya vasitəsi funksiyasını yerinə yetirirlər. Beləliklə, söz və mətbuat azadlığı yeni texnologiyaların meydana gəlməsi ilə əlaqədar olaraq daha da genişlənib. Əli Əhmədov deyib ki, bu gün hər bir insan sosial şəbəkələr vasitəsilə informasiya ötürücüsü funksiyasını yerinə yetirə bilir. Bütün bunlarla yanaşı, sosial şəbəkələrdə qeyri-obyektiv, həqiqətdən uzaq olan, yalan məlumatların da yayıldığını deyən Baş nazirin müavini söyləyib ki, bu tipli informasiyalar insanlarda narahatlıq yaradır. Onun sözlərinə görə, dünya ölkələrində də belə xoşagəlməz hallar var və bunun həlli yolları axtarılır.
Azərbaycanın dinamik inkişaf etdiyini, əhalinin rifahının daha da yüksəldilməsi üçün dövlət tərəfindən lazımi addımların atıldığını deyən Əli Əhmədov bu ilin əvvəlindən sosial sahədə aparılan islahatları xatırladıb. O qeyd edib ki, islahatlar digər sahələrdə də davam edir. Baş nazirin müavini söyləyib ki, ölkəmiz böyük layihələr həyata keçirir və bu layihələrin uğurla yekunlaşması üçün bütün imkanlar səfərbər olunub: “Azərbaycan bir sıra qlobal layihələrin təşəbbüskarı və iştirakçısıdır, eləcə də regionda tranzit mərkəzi kimi rolunu artırır. Həmçinin ölkəmizin beynəlxalq proseslərdə iştirakçılığı artır. Beləliklə, böyük inkişaf mərhələsi yaşayırıq. Azərbaycanın gələcəyi daha parlaqdır, insanların həyatı daha da yaxşılaşacaq, iqtisadiyyatımız daha da güclənəcək, beynəlxalq müstəvidə nüfuzumuz daha da yüksələcək. Bütün bunların nəticəsi olaraq dövlətin gücünün və qüdrətinin artması müəyyən xarici dairələrdə qısqanclıq yaradır. Bu səbəbdən də ölkəmizə qarşı təxribatlar törətməyə çalışırlar. Təəssüf ki, bu prosesdə bəzi vətəndaşlarımız da iştirak edirlər. Amma bu cür təxribatların Azərbaycanda geniş yayılması üçün mühit və zəmin mövcud deyil. Təxribatçılar qarşısına qoyduğu məqsədlərə nail ola bilmirlər. Çünki cəmiyyətimiz təxribata uymur, onun qarşısının alınmasında dövlətlə eyni mövqedən çıxış edir. Sabitlik, əmin-amanlıq cəmiyyətimizin ən böyük üstünlüklərindən biridir. Prezident İlham Əliyevin siyasəti xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir. Çünki bu siyasət xalqımızın rifahının yüksəlməsinə, dövlətimizin daha da möhkəmlənməsinə xidmət edir. Mətbuat da bu reallıqları aydın dərk edir”.
Əli Əhmədov qeyd edib ki, ölkə mətbuatı bu prosesləri düzgün təhlil edir və milli maraqlarımızın müdafiəsi mövqeyindən çıxış edir. Bu da çox mühüm amildir. Eyni zamanda, mətbuat ölkəmizin nüfuzuna kölgə salmaq istəyən dairələrin ifşası və onların əsl niyyətinin cəmiyyətimizə çatdırılmasında öz işini daha da gücləndirməlidir.
“Biz YAP olaraq öz fəaliyyətimizdə mətbuatla əməkdaşlığa böyük əhəmiyyət veririk. Bizim fəaliyyətimiz mətbuatsız mümkün deyil və mətbuatla əməkdaşlıqdan məmnunuq”, - deyən YAP Sədrinin müavini bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirib.
Sonda Əli Əhmədov jurnalistlərə 22 iyul - Milli Mətbuat Günü münasibətilə mükafatlar təqdim edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

