/ / YAP İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib
YAP İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib
07.12.2019 [10:39]
Əli Əhmədov: Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkənin bütün ərazisində bir gündə 650 min ağac əkilməsi təşəbbüsü ilə ekoloji aksiya keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) bu təşəbbüsə qoşularaq dekabrın 6-da ölkə üzrə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib. Partiyanın rəhbərliyi və fəalları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şamaxı yolunda yerləşən Pirəkəşkül ərazisində keçirdiyi bu kampaniya çərçivəsində minlərlə ağac əkiblər.
Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib ki, bu günü Azərbaycanın ekologiya tarixində xüsusi gün adlandırmaq olar. “Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkiləcək. Hesab edirəm ki, bu, miqyas etibarilə çox böyük aksiyadır”, - deyə Əli Əhmədov əlavə edib.
Baş Nazirin müavini diqqətə çatdırıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva bir çox sahələrdə möhtəşəm layihələr irəli sürüb, həmin layihələr müvəffəqiyyətlə icra olunub. Onun sözlərinə görə, vətəndaşlar Birinci vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyə ilə qarşılayırlar: “Azərbaycanın bir çox kənd və qəsəbələrində insanlar böyük coşqu ilə yaşıllıq zolağının salınmasına, ağacların əkilməsinə dəstək verərək kampaniyaya qoşulublar. Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq”.
Onun sözlərinə görə, bu aksiyanın mənası Azərbaycanın daha gözəl, daha sağlam mühitli gələcəyinin təmin olunmasıdır: “Yaşıllıq zolaqlarının salınması, yaşıllığa xidmət göstərilməsi insanların daha sağlam mühitdə yaşamaları üçün atılan addımdır”.
“Bir neçə ildən sonra bu ağaclar böyüyəcək və yaşıllıq zolaqları daha da artacaq, insanlar bunun faydasını görmüş olacaqlar”, - deyən Əli Əhmədov əlavə edib ki, bütövlükdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük quruculuq, abadlıq işləri görülür. Azərbaycanın müasirləşdiyini, kəndlərimizin, qəsəbələrimizin gözəlləşdiyini deyən Baş Nazirin müavini bildirib ki, vətəndaşlar üçün rahat, əlverişli şərait yaradılır: “Vacib komponentlərdən biri də insanların yaxşı ekoloji mühitdə, təmiz hava şəraitində yaşamasının təmin edilməsidir. Bu ağacların əkilməsi həmin məqsədə xidmət göstərir. YAP bu kampaniyanı ürəkdən dəstəkləyən qurumlardan biridir. YAP-ın çoxlu üzvləri müxtəlif rayonlarda bu kampaniyada iştirak edirlər. Güman edirəm ki, ən fəal iştirak edən YAP-ın üzvləri olacaqlar. YAP və Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər layihə də həyata keçirir. Bu, əkilən ağaclara qulluq edilməsinin monitorinqinin keçirilməsi ilə bağlıdır”.
YAP-ın İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, bu, Azərbaycanda ekoloji mühitin yaxşılaşmasına, ölkənin daha da gözəlləşməsinə xidmət edən çox mühüm aksiyalardan biridir: “Ölkə üzrə 70-dən çox rayonda partiyanın nümayəndələri bu aksiyada iştirak edirlər. Yəni bu aksiyaya çoxsaylı insanlar qoşulub, onlar öz dəstəklərini əsirgəmirlər. Hətta deyərdim ki, bugünkü ağacəkmə kampaniyasında müxalifətin razılaşdırılmış və ya razılaşdırılmamış aksiyasında olduğundan daha çox insan iştirak edir. Onlar da vətəndaş, xalq, dövlət üçün səmərəli işlə məşğul olmalıdırlar, ağac əkməlidirlər, sosial layihələrə dəstək verməlidirlər. Dağıdıcı fəaliyyətlə, dövlət əleyhinə təbliğatla məşğul olmasınlar, xalqa xidmət etsinlər”.
YAP-ın İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı tədbirlərin keçirilməsi mütərəqqi haldır. Onun sözlərinə görə, hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir: “Bilirsiniz ki, qlobal miqyasda ətraf mühitin qorunması çox ciddi bir məsələdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə salınan yaşıllıq zonaları ətraf-mühitin qorunması üçün görülən mühüm işlərdəndir. Bu aksiya, eyni zamanda, böyük mütəfəkkir, filosof, dahi şair Nəsiminin 650 illiyinə həsr olunur. Azərbaycanda salınan yeni yaşıllıq zonaları ölkəmizin daha da gözəlləşməsi və zənginləşməsinə böyük töhfədir”.
Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova isə deyib ki, dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə Yeni Azərbaycan Partiyası da qoşulub: “Bu, olduqca önəmli təşəbbüsdür, torpağımızın yaşıllaşmasına, ekologiyanın sağlamlaşmasına çox böyük töhfədir”.
İnsanların bu təşəbbüsə kütləvi şəkildə qoşulmasını vətəndaş birliyinə, dövlətə, xalqa, onun maraqlarına olan münasibət kimi dəyərləndirən Bahar Muradova “Hesab edirəm ki, bu əsasda yaranan münasibətlər, bu əsasda formalaşan sabitlik, vətəndaş birliyi Azərbaycan dövlətinin maraqlarının qorunmasına çox vacib bir töhfədir və özlüyündə bu, həm də Yeni Azərbaycan Partiyasının bir dəstəyidir. YAP yarandığı vaxtdan bu günə kimi hər zaman belə aksiyaların təşəbbüskarı və iştirakçısı kimi çıxış edib. Bu gün də hamımız bir yerdəyik, çox gözəl əhval-ruhiyyəmiz var. Hesab edirəm ki, bu genişmiqyaslı kampaniyada fəal iştirak edəcəyik. Ölkəmizə, xalqımıza “Uğurlu olsun!” deyirik”, - deyə bildirib.
“Azərbaycanda artıq bir neçə ildir ki, ağacəkmə kampaniyası ənənə halını alıb”. Bu fikri isə Milli Məclisin komitə sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli deyib. Onun sözlərinə görə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu kampaniya insanların təbiətə qayğı ilə yanaşmasına, ekoloji mühitin sağlamlaşdırılmasına xidmət edir: “Partiyamızın rəhbərliyi və fəalları bu kampaniyada fəal iştirak edirlər. Eyni zamanda, bu mühüm kampaniya vətəndaşlar tərəfindən çox böyük maraqla və rəğbətlə qarşılanır, insanlar öz dəstəklərini ifadə edirlər”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

