Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə əlaqədar yap2020.az seçki saytı fəaliyyətə başladı

Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə əlaqədar yap2020.az seçki saytı fəaliyyətə başladı

22.01.2020 [11:21]

Yeni Azərbaycan Partiyasının (YAP) ölkəmizdə keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat mərhələsini əhatə edəcək yap2020.az seçki saytı fəaliyyətə başladı.
“Daha güclü Azərbaycan naminə!” şüarı ilə təqdim edilən seçki saytında “Seçki proqramı”, “Xəbərlər”, “Müsahibələr” və “Namizədlər” bölmələri yaradılıb.
“Seçki proqramı” bölməsində bildirilir ki, ölkəmizin siyasi sistemində aparıcı rola malik olan Yeni Azərbaycan Partiyası bu seçkilərə böyük ruh yüksəkliyi və möhtəşəm qələbə əzmi ilə qatılır. Bölmədə Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə inkişaf etdirilməsinın hədəfləri qeyd olunur. Eləcə də ölkəmizdə vətəndaş həmrəyliyinin gücləndirilməsi, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsinin əsas məqsədlərdən biri olduğu vurğulanır.
“Xəbərlər” və “Müsahibələr” bölmələrində isə parlament seçkilərinin təbliğat-təşviqat mərhələsində Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşləri və namizədlərin müsahibələri təqdim olunur.
Saytın “Namizədlər” bölməsinə gəlincə, burada Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər haqqında məlumatlar verilir.
Bundan əlavə, yap2020.az seçki saytında namizədlərin videomüsahibələri də əksini tapır.
Həmçinin saytda son 5 il ərzində uğurlarımız barəsində və ölkəmizin daha da inkişafı üçün 10 əsas vəzifə haqqında məlumatlar verilir.

Paylaş:
Baxılıb: 610 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31