YAP Gənclər Birliyi “Hər birimiz əsgərik” adlı onlayn tədbir keçirib
14.07.2020 [08:31]
İyulun 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində sərhəd xəttində törədilən təxribatla bağlı “Hər birimiz əsgərik” adlı videokonfrans formatında tədbir keçirib.
YAP Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Birliyin sədr müavini, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandan İlham Əliyevin səyləri nəticəsində inkişafının yeni mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. O qeyd edib ki, hazırda dünya çox çətin dönəm yaşayır. Koronavirus pandemiyasının geniş coğrafiyada yayılaraq bütün bəşəriyyətin bəlasına çevrildiyi zamanda mənfur düşmən işğalçılıq ənənələrinə sadiq qalaraq Tovuz rayonu istiqamətində sərhəd xəttində təxribat törədib. Bununla da Ermənistan tərəfi süni gərginlik yaradaraq yenə də qeyri-konstruktivlikdən əl çəkməyəcəyini, yeni ərazilər əldə etmək cəhdinin işğalçının növbəti təxribatı olduğunu göstərdi. Lakin reallıq ondan ibarətdir ki, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazırdır. Fərəhləndirici haldır ki, qısa müddətdə böyük inkişaf yolu keçmiş Azərbaycan Ordusu hazırda Cənubi Qafqaz bölgəsinin ən güclü Silahlı Qüvvəsinə çevrilib. Aprel döyüşləri, eləcə də Naxçıvan zəfəri və iyulun 13-də Tovuz rayonu istiqamətində sərhəd xəttində gedən döyüşlər bunu deməyə əsas verir ki, bu gün Silahlı Qüvvələrimiz qarşısında dayanmış istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır.
Sonra konfransda çıxış edən Milli Məclisin deputatları Şahin İsmayılov, Naqif Həmzəyev, Cavid Osmanov və Jalə Əliyeva Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini vurğulayıblar. Prezident İlham Əliyevin ordunun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirləri həyata keçirməsi sayəsində güclü Milli Ordumuz gündən-günə daha da təkmilləşir. Bu gün ordumuzun qarşısında çox mühüm vəzifələr durur. Əsas vəzifə torpaqlarımızın düşmən əsarətindən azad edilməsidir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün hər cür imkan var.
İyulun 12-13-də mənfur düşmənin atəşkəs rejimini kobud surətdə pozaraq Ermənistan və Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutaraq hücuma keçməsi koronavirus pandemiyasına qarşı bütün dünya ölkələrinin çətin bir şəraitdə mübarizə apardıqları zamanda Ermənistanın bu təxribatı törətməsi təcavüzkarın əsl simasını bir daha bütün dünyaya göstərdi. Dünya birliyi təcavüzkar Ermənistanın Azərbaycana qarşı bu növbəti təxribatını, işğalçılıq siyasətini pisləməlidirlər. Azərbaycanın rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycan bu münaqişənin dinc yolla, danışıqlar vasitəsilə həll edilməsinin tərəfdarıdır.
Onlayn konfransda çıxış edən YAP Gənclər Birliyi sədrləri və fəal üzvləri Fərid Vaqifli, Sahil Hüseynzadə, Namini Namidə, Elvin Həsilov çıxışlarında YAP-ın fəal gənci kimi hər an döyüşə hazır olduqlarını, Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirməyə, doğulduqları Vətən torpaqlarını göz bəbəyi kimi qorumaq üçün müzəffər bir gənc olduqlarını diqqətə çatdırıblar.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

