Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nərimanov rayon təşkilatı partiyanın ən nümunəvi yerli strukturlarından biridir

YAP Nərimanov rayon təşkilatı partiyanın ən nümunəvi yerli strukturlarından biridir

16.07.2020 [09:21]

Rayon təşkilatının 124 ərazi ilk partiya təşkilatında 22 min 858 nəfər üzv birləşib
Məlum olduğu kimi, ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) yarandığı vaxtdan böyük inkişaf yolu keçib. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları əsasında uğurla fəaliyyət göstərən partiyamız bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 750 mindən çox üzv birləşib.
Ölkəmizin siyasi həyatında fəal iştirak edən Yeni Azərbaycan Partiyasının gücünü şərtləndirən amillərdən biri də onun monolit yerli strukturlara malik olmasıdır. Ötən illər ərzində partiyanın rayon və şəhər təşkilatları da əhəmiyyətli dərəcədə inkişaf edərək ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. YAP Nərimanov rayon təşkilatı da belə təşkilatlardandır. YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, partiyanın Bakı şəhərində ilk təsis olunmuş təşkilatı məhz, Nərimanov rayon təşkilatıdır. Onun sözlərinə görə, bu tarixi fakt rayon təşkilatı üçün böyük əhəmiyyət kəsb edir. Təmraz Tağıyev söyləyib ki, müstəqilliyimizin ilk illərində Ümummilli Lider Heydər Əliyevin iki dəfə indiki Vergilər Nazirliyinin Bakı şəhər Departamentinin binasında Nərimanov ictimaiyyətilə görüş keçirməsi rayonun əhalisində böyük ruh yüksəkliyi yaratmış və Azərbaycan naminə səylərin artmasına səbəb olmuşdu. Bu, əlbəttə ki, Nərimanov rayon ictimaiyyətinin Ümummilli Lider Heydər Əliyevə olan dərin ehtiramının ifadəsidir. “Bu gün insanlar özləri hakim partiyanın üzvü olmaq üçün təşkilata müraciət edirlər. Məlumat üçün bildirim ki, YAP Nərimanov rayon təşkilatının 124 ərazi ilk partiya təşkilatında 22858 nəfər üzv birləşib. Onların 10340 nəfərini qadınlar, 6917 nəfərini isə gənclər təşkil edir. Rayon təşkilatının İdarə Heyəti 29, Şura üzvləri 70, Nəzarət-Təftiş Komissiyası isə 7 nəfərdən ibarətdir”, - deyən T.Tağıyev əlavə edib ki, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etməsi, ölkənin yeni-yeni nailiyyətlər əldə etməsi və beynəlxalq münasibətlər sisteminin aparıcı faktoruna çevrilməsi vətəndaşlarda da yüksək əhval-ruhiyyə yaradır.
Hazırda ölkədə koronavirus pandemiyası ilə ciddi mübarizə aparıldığını deyən T.Tağıyev qeyd edib ki, bu prosesdə payon təşkilatının üzvləri də partiya rəhbərliyinin tapşırıqlarına yüksək səviyyədə əməl etməyə çalışır. “Təşkilatın əməkdaşları və könüllüləri tərəfindən yaşı 65-dən yuxarı tənha və ahıl vətəndaşlara, aztəminatlı ailələrə gigiyenik vasitələr, ərzaq yardımları çatdırıb, xüsusi karantin rejimi ilə əlaqədar onlara maarifləndirici tövsiyələr veriblər. Onu da qeyd edim ki, YAP Nərimanov rayon təşkilatının əməkdaşları 1 aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər”, - deyə təşkilat sədri söyləyib.
YAP Nərimanov rayon təşkilatının aparat rəhbəri İradə Hüseynova isə iş prinsipi haqqında məlumat verərək bildirib ki, təşkilatda işlər saat mexanizmi kimi işləyir: “Aparata daxil olmuş hər hansı sənəd əvvəlcə təlimatçılarımız tərəfindən yoxlanılır, dəqiqləşdirilir və sonda sədrə göstərilir. Üzvlərlə, ərazi ilk partiya təşkilatları ilə bağlı sənədlər, onların keçirdikləri tədbirlər haqqında protokollar rəsmiləşdirilir və arxivə verilir. Həmçinin, Mərkəzi Aparatdan daxil olan təlimatlar aparat işçilərinin diqqətinə çatdırılır”.
Aparatın işinin yüksək səviyyədə təşkilini dilə gətirən İradə Hüseynova söyləyib ki, təşkilat hər zaman olduğu kimi, bundan sonra da yüksək aktivlik nümayiş etdirəcək, rayonun həyatında əhəmiyyətli rol oynayacaq.
Yeri gəlmişkən qeyd edək ki, YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurası da rayonun ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayır. Nəzərə alsaq ki, rayon təşkilatının tərkibində cəmiyyətin əsas sahələrində fəaliyyət göstərən 10340 nəfər qadın birləşib, o zaman, Qadınlar Şurasının işinin böyük rol oynadığını söyləmək olar. Bu gün YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının üzvlərinin 3675 nəfərini gənclər təşkil edir. Ümumilikdə isə 1470 qadın səhiyyə, 2790 nəfər təhsil, 2357 qadın isə digər müəssisələrdə çalışır, 310 nəfər isə tələbədir.
2001-ci ildən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri kimi fəaliyyət göstərən Məhəbbət İbrahimova qadınların fəaliyyətini yüksək qiymətdəndirir. Onun sözlərinə görə, həm seçkilərdə, həm də müxtəlif sosial-ictimai əhəmiyyətli tədbirlərdə və görüşlərdə qadınlar xüsusi fəallıq nümayiş etdirirlər. “Rayon təşkilatının Qadınlar Şurasının illik planı tərtib olunur, eyni zamanda, mühüm ictimai-siyasi hadisələrlə əlaqədar olaraq, əlavə tədbirlər təşkil olunur”, - deyə M.İbrahimova vurğulayıb. Rayon təşkilatında qadın üzvlərin arasında həkimlərin də olduğunu deyən, şura sədri diqqətə çatdırıb ki, onların arasında koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsində iştirak edənlər də var. Rayon təşkilatının üzvü olan bu həkimlər əsl fədakarlıq göstərirlər.
Gənclər isə rayon təşkilatının aparıcı qüvvəsi olaraq qalır. “Qeyd olunmalıdır ki, Nərimanov rayonu Bakı şəhərinin ictimai-siyasi baxımdan ən fəal rayonlarından biridir. Bu fəallığın olmasının isə müxtəlif səbəbləri var. Əlbəttə ki, burada sosial-iqtisadi məsələlər, YAP-ın nüfuzu və s. öz əksini tapır. Lakin həmin fəallığın hər zaman yüksələn xətlə inkişaf etməsinin özünəməxsusluğu da mövcuddur ki, bu rolda gənclər çıxış edir. Nərimanov rayonunun ictimai-siyasi, sosial-iqtisadi həyatında aktivlik nümayiş etdirən gənclərin böyük kəsimi məhz YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyinə məxsusdur”, - deyən rayon təşkilatının Gənclər Birliyinin sədri Nərminə Yunusovanın sözlərinə görə, təşkilatdakı gənclərin sayı 6917 nəfərdən ibarətdir. Lakin son dövrdə gənclərin böyük axınının müşahidə olunduğunu söyləyən N.Yunusova diqqətə çatdırıb ki, bunun səbəbi də ətrafında intellektual gəncliyi birləşdirən YAP-ın hər bir gəncə öz potensialını reallaşdırmaq üçün şərait yaratmasıdır. YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyi olaraq dövlətimiz və partiyamız tərəfindən yaradılan geniş şərait çərçivəsində Nərimanov rayon gənclərinin fəallığını təmin etmək, onların intellektli, ictimai-siyasi sferada özünütəsdiq edə bilən gənc kimi formalaşması üçün çalışmağı əsas prinsiplərimizdən bilirik və bu istiqamətdə mütəmadi olaraq müxtəlif mövzulu tədbirlər təşkil edilir. “Təəssüflər olsun ki, dünyada tüğyan edən COVID-19 pandemiyası Azərbaycanımızdan da yan keçmədi. Lakin Məhz Heydər Əliyev siyasi məktəbinin davamçısı, Prezident İlham Əliyev kimi güclü liderimizin vaxtında, uzaqgörənliklə verdiyi qərarların nəticəsidir ki, artıq aylardır dünyanı öz cənginə alan bu dəhşətli pandemiyadan ölkəmiz, dövlətimiz üzüağ çıxır. Pandemiya ilə əlqədar müxtəlim yardım kampaniyaları, maarifləndimə işləri və s. tədbirlər həyata keçirilir. Bu istiqamətdə YAP Nərimanov rayon təşkilatı və onun Gənclər Birliyi də dövlətimizin və Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi yardım kampaniyalarında aktiv iştirak etdi”, - deyən N.Yunusova diqqətə çatdırıb ki, pandemiya dövründə YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyi öz fəaliyyətini axsatmayıb, onlayn şəkildə öz tədbirlərini, vebinarlarını həyata keçirib. Belə ki, təşkilatın Gənclər Birliyinin Şura üzvləri və fəal gəncləri ilə keçirilən mütəmadi vebinarları, həkimlərlə gənclərin onlayn görüşünü, ərazi ilk partiya təşkilatlarında gənclərlə iş üzrə koordinatorlarla onlayn fikir mübadilələrini, pedaqoq-psixoloqla gənclərin görüşünü, könüllülərin rayon ərazisində həyata keçirdikləri yardım aksiyalarını qeyd etmək yerinə düşər.
Onun sözlərinə görə, sosial şəbəkələrdə iş təşkilatın gənclərinin fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Sosial şəbəkələrin təkcə ünsiyyət vasitəsi olmadığını deyən Nərminə Yunusova söyləyib ki, burada, həmçinin, sosial-siyasi informasiyaların mübadiləsi prosesi gedir, gənclər daha çox və fəal şəkildə fikir mübadiləsi aparırlar. N.Yunusova əminliklə vurğulayıb ki, sürətlə gəncləşən partiyamız daim qələbələrə imza atacaq və qaliblərin partiyası olaraq qalacaq.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 839 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30