Aytəkin Hüseynbəyli: Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə və ruh yüksəkliyinə malikdir
18.08.2020 [08:51]
“İyul ayının ortalarında Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat qüdrətli ordumuz tərəfindən dəf edildi və düşmən layiqli cavabını aldı. Bu döyüşlərdə hərbi qulluqçularımız böyük şücaət və qəhrəmanlıq göstərərək tarix yazdılar. Əlbəttə ki, bu uğur Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuzun yaradılması nəticəsində mümkün olub”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı Gənclər Birliyinin üzvü Aytəkin Hüseynbəyli deyib.
Aytəkin Hüseynbəyli bildirib ki, şanlı Aprel döyüşləri zamanı olduğu kimi, iyul ayındakı döyüşlərdən sonra da cəmiyyətimizdə böyük vətənpərvərlik hissi müşahidə olunub və xalqımız öz ordusuna, Ali Baş Komandana dəstək nümayiş etdirib. Onun sözlərinə görə, Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə və ruh yüksəkliyinə malikdir: “Azərbaycan Ordusu ölkə sərhədlərini qorumağa və düşmənə layiqli cavab verməyə hər an hazırdır. Ötən ay baş verənlər də bir daha sübut etdi ki, güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək əzmindədir. Bu döyüşlər, eyni zamanda, Azərbaycan Ordusunun, onun əsgər və zabitlərinin qəhramanlıqlarını nümayiş etdirdi”.
Aytəkin Hüseynbəyli əlavə edib ki, torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin qəhrəmanlıqları bütün gənclərimizə örnəkdir: “Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq müqəddəs amaldır. Bu torpağın yetişdirdiyi general Polad Həşimov, polkovnik İlqar Mirzəyev, ermənilərin canına vəlvələ salan igid Mübariz İbrahimov, Fərid Əhmədov kimi oğulları var. Düşmənə gözdağı verən oğullarımız həmişə olub, bu gün də var, gələcəkdə də olacaq”.
Onun sözlərinə görə, iyul döyüşləri ordumuzun gücünü göstərməklə yanaşı, ölkəmizin daxilindəki polad iradənin, möhkəm ictimai-siyasi sabitliyin heç bir qüvvə tərəfindən pozula bilməyəcəyini də bütün dünyaya nümayiş etdirdi.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

