Fransa Senatının qətnaməsi bu ölkənin vasitəçi mandatını tabuta qoydu
27.11.2020 [09:10]
Ermənistanın ağır məğlubiyyəti ilə əlləri üzülmüş Fransa indi də regiona burnunu soxmaq istəyir. Ötən gün Fransa Senatının qondarma Qarabağla bağlı qəbul etdiyi bədnam qətnamə və bu sənədin niyyəti bu deyilənlərin bariz nümunəsidir.
Vətən müharibəsinin ilk günlərində Fransanın regionda münaqişənin qızışdırılmasında, eləcə də birbaşa Tovuz təxribatının arxasında rəsmi Parisin dayandığı barədə öz fikirlərimi paylaşmışdım. İşğalçı Ermənistanın işğalçılıq siyasətinin arxasında Fransanın durması Vətən müharibəsi dövründə Makronun görünməmiş canfəşanlığı fonunda öz təsdiqini tapmış oldu. Məqsəd, Ermənistan tərəfindən torpaqlarımızın işğalını tam dayanıqlı etmək, iqtisadi-siyasi, geostrateji əhəmiyyətini sadalamağa ehtiyac duyulmayan enerji xəttlərinin vurulması ilə Azərbaycana, həm də Türkiyəyə ağır zərbələr endirmək idi. Fransanın məqsədi Qarabağ ətrafında region ölkələrinin qarşıdurmasını yaratmaqla, həm düşmən saydığı Türkiyəni, həm də Avropanın başağrısına çevrilmiş Rusiyanı taqətdən salmaq, eyni zamanda, Ankara-Moskva müttəfiqliyini parçalamaq idi.
ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransa tərəfindən münaqişənin qızışdırılması və münaqişə tərəfi kimi Ermənistanı birtərəfli və açıq-aydın dəstəkləməsi Prezident Makronun şüvənliyi fonunda qeydlərimizin həqiqət payını daha da artırdı.
Sülh prosesini tənzimləməli olan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransa bu gün Yerevandan daha çox hay-həşirdədir. Rəsmi Paris öz doğma, müqəddəs torpaqlarını azad etmək iradəsini ortaya qoymuş və məqsədinə nail olmuş Azərbaycana qarşı dəlilsiz, sübutsuz, arsız, həyasız bəyanatlar səsləndirir. Fransa Senatının noyabrın 25-də qəbul etdiyi bədnam qətnamə isə bu ölkənin vasitəçilik missiyasının obyektivliyinin qarşısına böyük sual işarəsi qoydu. Fransa parlamentarilərinin məlum mövqeyi rəsmi Parisin vasitəçilik missiyasında bir daha təmsil olunmayacaq anlamını qətiləşdirdi.
Məşhur azərbaycanlı Əhmədiyyə Cəbrayılov II Dünya Müharibəsi dönəmində Fransanın azadlığı uğrunda alman faşizminə qarşı döyüşlərdə qəhrəmanlıq göstərən zaman indi həmin fransızların bərk-bərk qucaqladıqları ermənilər harada idi? Bu gün Fransa Senatında əyləşənlər, eləcə də bu ölkənin siyasi kursunu istiqamətləndirən kəslər bilməmiş deyillər ki, bugünkü ermənilərin ataları və babaları faşist Almaniyasının cəza dəstələrinin tərkibində Fransanın işğalında iştirak ediblər.
Afrikanın ucsuz-bucaqsız çöllərindən qovalanmış Fransa müstəmləkəçiləri bu gün Yaxın Şərqdə səlib yürüşünə başlayıb. Bu gün fransızlar şiş burunlarını Qafqaza soxmaq istəyirlər. Ancaq unutmasınlar. Azərbaycan öz haqq işi uğrunda - BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların, eləcə də, dünya ölkələrinin tanıdığı ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Azərbaycan öz müqəddəs torpaqlarını kimlərin havadarları olmasından aslı olmayaraq, mənfur erməni işğalçılarından azad etdi və bu missiyanı sonadək davam etdirəcəkdir.
Fransanın vasitəçi statusu artıq qəbirə gömülmüşdür.
Yaşasın Qarabağ!
Qarabağ Azərbaycandır!
Hüseyn PAŞAYEV,
YAP-ın Mətbuat Xidmətinin
rəhbəri, Əməkdar jurnalist
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

