Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Tərtər rayon təşkilatının üzvləri şəhid ailələri və qazilərlə görüşləri davam etdirir

YAP Tərtər rayon təşkilatının üzvləri şəhid ailələri və qazilərlə görüşləri davam etdirir

15.02.2021 [15:30]

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə keçirilən "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində YAP Tərtər rayon təşkilatının üzvləri rayondakışəhid ailələri və qazilərlə görüşləri davam etdirir. Növbəti belə görüş rayonun Hüsənli kəndində olub.

YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov və rayon təşkilatının bir qrup fəal üzvü öncə Hüsənli kəndinin Şəhidlər xiyabanında uyuyan şəhidlərin məzarlarını ziyarət edib, qəbirləri üzərinə gül-çiçək dəstələri qoyublar.

Sonra rayonun Hüsənli kəndindən olan şəhidlər – Taleh Arif oğlu Məmmədovun və Eşqin Cəsarət oğlu Hüseynovun ailələri ziyarət olunub. Şəhid ailələri ilə görüşlər zamanı qeyd olunub ki, hər iki vətən oğlumuz müddətdən artıq xidmət edən hərbi qulluqçular kimi Vətən müharibəsində Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar. Şəhid valideynləri övladlarının torpaqlarımızın azadlığı uğrunda vuruşub qəhrəmanlıqlar göstərmələrindən fəxrlə danışıb, dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Daha sonra Tərtər şəhər sakini, qazi Zaur Zakir oğlu Nəsirov ziyarət olunub. Qazimizə tezliklə sağalaraq öz hərbi xidmətini davam etməsini arzulayıblar.

Görüşlər zamanı şəhid ailələrinin və qazinin gündəlik qayğıları ilə bağlı məlumat alınıb, onlara ərzaq sovqatı və maddi yardım göstərilib.

Paylaş:
Baxılıb: 713 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31