Ana səhifə »  YAP xəbərləri »  YAP Veteranlar Şurası Ümummilli Liderə həsr olunmuş “Xalqa bəxş edilmiş ömür” mövzusunda videokonfrans keçirib
A+   Yenilə  A-
YAP Veteranlar Şurası Ümummilli Liderə həsr olunmuş “Xalqa bəxş edilmiş ömür” mövzusunda videokonfrans keçirib

Mayın 7-də Yeni Azərbaycan Partiyasının Veteranlar Şurası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Xalqa bəxş edilmiş ömür” mövzusunda videokonfrans keçirib.
Videokonfransda çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyev xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlər göstərib. Ulu Öndərimizin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövr respublikamızın inkişaf və tərəqqi illəri kimi səciyyələndirilir. A.Rəhimzadə qeyd edib ki, Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişi ərəfəsində respublikamız çox ciddi problemlərlə üz-üzə idi. Amma dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda bütün sahələr inkişaf etməyə başladı. Bir sıra mühüm qərarlar qəbul edildi və atılan inamlı addımlar nəticəsində Azərbaycan keçmiş SSRİ-nin aqrar respublikasından sənaye-aqrar respublikasına çevrildi, yeni sənaye müəssisələri yaradıldı. Nəticədə, Azərbaycan keçmiş İttifaq respublikaları arasında ön sıralara çıxdı.
Arif Rəhimzadə diqqətə çatdırıb ki, həmin dövrdə də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları mövcud idi. Amma Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayandan sonra ermənilərin bu iddialarının qarşısını qətiyyətlə aldı.
YAP Veteranlar Şurasının sədri qeyd edib ki, Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə, ilk növbədə, Azərbaycan parçalanmaqdan, bir dövlət kimi məhv olmaqdan xilas edildi. Heydər Əliyev dühası, Ümummilli Liderin çox böyük nüfuzu və insanları Öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başının üstünü almış təhlükələr aradan qaldırıldı, ölkəmiz inkişaf yoluna çıxdı.
Arif Rəhimzadə söyləyib ki, Ulu Öndər Heydər Əliyevin irsi zəngin xəzinədir və bu irs dərindən öyrənilməlidir. Onun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin ideyalarını uğurla həyata keçirir: “2003-cü ildə cənab İlham Əliyev xalqın böyük etimadı əsasında Azərbaycan Prezidenti seçildikdən sonra ölkənin inkişafında yeni mərhələ başlandı. Bu gün ölkəmiz dünyada böyük nüfuz sahibidir, Azərbaycan heç kimdən asılı olmadan, müstəqil siyasət həyata keçirir. Bu gün dövlətimizin təhlükəsizliyi tam təmin olunub, müstəqilliyimiz qorunur, Azərbaycan bütün sahələrdə, o cümlədən dünya birliyinin layiqli üzvü kimi beynəlxalq müstəvidə möhtəşəm uğurlar qazanır. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bununla da Azərbaycanın inkişafının yeni mərhələsi başlandı”.
Videokonfransda çıxış edən YAP Veteranlar Şurasının üzvü Əli Həsənov bildirib ki, Heydər Əliyev elə bir düha, elə bir dahi şəxsiyyətdir ki, haqqında nə qədər yazılsa da, Onun zəngin həyat və fəaliyyətini tam əhatə etmək mümkün deyil: “Heydər Əliyev həmişə xalqına arxalanıb və ondan güc alıb. Onun dediyi “Mənim üçün hər şeydən əziz Mənim xalqımdır, Mənim Vətənimdir, Mənim torpağımdır” sözləri həyatda həmişə təsdiqini tapıb. Respublikamızın keçmişinə nəzər salsaq, görərik ki, Ulu Öndər Ona qədər respublikanı idarə edənlər içərisində bütün varlığı və milliliyi ilə xalqının bu gününə və gələcəyinə xidmət edən, azərbaycançılıq ideyasını ön plana çəkən yeganə rəhbər olub. Yalnız Ulu Öndər Heydər Əliyev 1969-cu ildə ölkəmizə rəhbərlik etdikdən sonra milli kadrlara yol açıb”.
Əli Həsənovun sözlərinə görə, milli birlik və həmrəylik, ictimai-siyasi sabitlik, müasir dünyanın tələblərinə uyğun iqtisadi inkişaf həmişə Ulu Öndərin dövlət idarəçiliyində prioritet istiqamətlər olub: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox çətin sınaqlarla, təhlükələrlə üz-üzə qalmışdı. Belə bir dövrdə xalq vəziyyətdən çıxış yolunu məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı. Belə bir mürəkkəb dövrdə erməni təcavüzkarlığına qarşı mübarizə aparmaq, ictimai-siyasi sabitliyi bərpa etmək, iqtisadi islahatlar həyata keçirmək, ölkə iqtisadiyyatını inkişaf etdirmək, qaçqın və məcburi köçkünlərə qayğı göstərmək, beynəlxalq aləmdə Azərbaycanı tanıtmaq və onun dünyada layiqli yerini müəyyənləşdirmək, ölkəmizə inam yaratmaq - bütün bunlar Azərbaycanın qarşısında duran mühüm vəzifələr idi. Ümummilli Lider müdrikliyi, sarsılmaz iradəsi və zəngin dövlətçilik təcrübəsi ilə bu vəzifələrin öhdəsindən şərəflə gəldi, Azərbaycanı məhv olmaqdan xilas edərək inkişaf yoluna çıxardı. Heydər Əliyev xalqın və dövlətin xilaskarı oldu. Məhz Onun müəyyənləşdirdiyi siyasət ölkəmizin uğurlarının əsasını təşkil edir”.
Bu gün Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirdiyini deyən Əli Həsənov bildirib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizin ən parlaq səhifəsidir. Bu Zəfərlə Azərbaycan dünyaya öz gücünü və qüdrətini nümayiş etdirdi.
YAP Veteranlar Şurasının üzvü, Əməkdar jurnalist Tahir Məmmədov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr edib. Onun sözlərinə görə, Heydər Əliyevin zəngin irsi bugünkü uğurlarımızı şərtləndirən əsas amillərdəndir. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin araşdırılması nəticəsində yaradılan yeni əsərlər müasir siyasi elmdə əhəmiyyətli yer tutur.
T.Məmmədov qeyd edib ki, Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafının təmin edilməsində müstəsna xidmətləri olan Heydər Əliyevin zəngin və təkrarolunmaz siyasi, elmi-fəlsəfi irsinin araşdırılması, öyrənilməsi, geniş və hərtərəfli tədqiqi sahəsində böyük işlər aparılır. Bütün bunlar Heydər Əliyev irsinin gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Tahir Məmmədov deyib ki, xalqımızın qalib və müzəffər oğlu - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti Ulu Öndərin misilsiz xidmətlərinin uğurlu davamıdır.
YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova da çıxışında Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. O, ölkəmizdə uğurlu dövlət qadın siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu deyib.
Azərbaycanda qadınların hüquqlarının qorunmasının, onların ictimai fəallığının təşkili məsələsinin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hər zaman diqqət mərkəzində olduğunu qeyd edən Sədaqət Qəhrəmanova vurğulayıb: “Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində qadınlara göstərilən diqqət və qayğının artdığının şahidi olmuşuq. Məhz Onun ölkəmizə rəhbərliyi dövründə Azərbaycan qadınları cəmiyyət həyatının müxtəlif sahələrində öz sözlərini deyə biliblər. Azərbaycan qadını da hər zaman Ümummilli Liderin siyasətini dəstəkləyib”.
S.Qəhrəmanova diqqətə çatdırıb ki, Heydər Əliyev ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyini, qayğısını hər zaman hiss edirlər.
Çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, Azərbaycan gəncliyinin uğurlarının təməlində Ulu Öndər tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti dayanır. Ümummilli Lider Heydər Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” fikrinin nəticəsi olaraq Azərbaycan gəncliyi öz dövrünün yeniliklərini öyrənərək yetişib. Bu gənclik dövlətinə və millətinə sadiqlik, vətənpərvərlik kimi ali milli dəyərləri mənimsəyərək formalaşıb.
Bəxtiyar İslamov qeyd edib ki, bu gün gənclərimiz Prezident İlham Əliyevin böyük qayğısı ilə əhatə olunublar. Hazırda Azərbaycan gəncliyi böyük bir vəzifənin daşıyıcısıdır. Bu vəzifə peşəsindən, təhsilindən, mövqeyindən asılı olmayaraq, Azərbaycanın gələcəyi, daha sürətlə inkişafı və müstəqilliyinin qorunması üçün var gücü ilə çalışmaqdır.

 
  • Oxunub:  2820  |  
  • Tarix:  08-05-2021  |  
  •    Çap et   |  
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar

13 İyun 18:46
Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvləri bəyanatla çıxış ediblər
13 İyun 18:17
Hikmət Hacıyev: Xarici diplomatlarla buradan bir neçə ildən sonra müasir Ağdam şəhərinə qayıtmaq arzusu ilə ayrılırıq
13 İyun 18:14
Heydər Əliyev Mərkəzinin üzərində “Avro-2020”nin iştirakçıları ilə bağlı görüntülər nümayiş etdirilib
13 İyun 17:23
Xarici diplomatlara Ağdamda aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilib
13 İyun 16:32
Seyid Abbas Musəvi: Çox təəssüf edirəm ki, bu cür cənnət kimi yerlər viran qoyulub
13 İyun 16:25
Ermənilər Ağdamı tərk etməmişdən qabaq mal-qara saxladıqları Qiyaslı məscidini yandırıblar
13 İyun 16:22
Rəcəb Tayyib Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığı bölgənin barış, sülh və sabitliyinin təminatıdır
13 İyun 16:08
Xarici diplomatlar Ağdamda Dağüstü parkın salınacağı ərazidə və Şahbulaq qalasında olublar
13 İyun 15:44
Deputat: Minaların xəritələrinin verilməsi Ağdamda infrastruktur layihələrinin icrasını sürətləndirəcək
13 İyun 15:39
Hikmət Hacıyev: Ağdam regionun ən gözəl şəhərlərindən birinə çevriləcək
13 İyun 15:01
Xarici diplomatlar Ağdam Cümə məscidində namaz qılıblar
13 İyun 13:20
Xarici diplomatlar Ağdam rayonunda səfərdədirlər
13 İyun 13:16
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu ilə vida mərasimi keçirilib
13 İyun 13:11
Vüqar Rəhimzadə: Ağdam rayonu üzrə mina xəritələrinin Azərbaycana verilməsi Ermənistanın artıq yeni reallıqlarla barışmasının təsdiqidir
13 İyun 13:06
Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustini Rusiya Günü münasibətilə təbrik edib
13 İyun 10:52
Mina xəritələrinin təhvil verilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının növbəti böyük uğurudur
13 İyun 10:46
Entoni Blinken: ABŞ saxlanılan 15 erməninin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayır
13 İyun 10:41
Şarl Mişel: Aİ Azərbaycan və Ermənistan arasında humanitar prosesi dəstəkləyir
13 İyun 10:38
Ağstafada 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı sərgi təşkil olunub
13 İyun 10:32
Deputat: Ermənistan bundan sonra heç vaxt dəyişməyəcək yeni siyasi-hərbi reallıqların fərqindədir
13 İyun 10:21
Deputat: Ermənistanın əksinə olaraq Azərbaycan regionda sülhün, humanitar təşəbbüslərin tərəfdarıdır
12 İyun 20:36
“Avro-2020”: Türkiyə millisi Bakıya gəlib
12 İyun 20:16
Ermənistanın Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritələrini təqdim etməsi Azərbaycan Prezidentinin qətiyyətli iradəsinin nəticəsidir
12 İyun 20:15
Deputat: Azərbaycanın mülki və hərbçi ermənilərə qarşı humanist davranışı Avropa Məhkəməsi tərəfindən də təqdir olunur
12 İyun 20:14
Şamil Ayrım: Qarabağ Zəfərindən sonra Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub
12 İyun 19:35
Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib
12 İyun 19:03
Prezident İlham Əliyev günəş elektrik stansiyasının tikintisi üçün imzalanmış müqaviləni təsdiqləyib
12 İyun 18:49
XİN: Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib
12 İyun 18:17
Milli Məclisin sədri Azərbaycanda səfərdə olan Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb
12 İyun 18:10
Birləşmiş Krallığın siyasi-ictimai dairələri işğaldan azad olunmuş ərazilərdəki vəziyyət barədə məlumatlandırılıb
12 İyun 17:39
Prezident İlham Əliyev: Azərbaycanın xarici siyasət kursu bütün ölkələrlə əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır
12 İyun 17:26
İyunun 12-də Azərbaycanda koronavirusa qarşı 40 min 844 doza vaksin vurulub
12 İyun 17:25
Prezident İlham Əliyev: Əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır
12 İyun 17:23
KOBİA beynəlxalq forumda təmsil olunub
12 İyun 17:21
Azərbaycanda koronavirus infeksiyasından daha 204 nəfər müalicə olunaraq sağalıb
12 İyun 17:20
Prezident: 10 noyabr tarixli birgə Bəyanat Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir
12 İyun 17:17
Politoloq: Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanın tələbini rədd edən qərarı hüququn aliliyinə söykənir
12 İyun 16:32
“Zəfərin mübarək Azərbaycan” adlı sərgi açılıb
12 İyun 15:45
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Ankaraya səfəri başa çatıb
12 İyun 15:42
Siyasi ekspert: Avropa Məhkəməsinin Ermənistanın əsassız tələbini rədd etməsi bu qurumun Azərbaycanda hüququn aliliyinə olan etimadın göstəricisidir
12 İyun 15:22
Prezident İlham Əliyev on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib
12 İyun 13:56
Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
12 İyun 12:36
NTV telekanalının aparıcısı: Beynəlxalq ictimaiyyət haqlı mübarizəsində Azərbaycanın yanında olmalıdır
12 İyun 09:50
Misirli tədqiqatçı azərbaycanlı jurnalistlərin şəhid olması ilə bağlı fikirlərini bölüşüb
12 İyun 09:48
Kraliça II Elizabet “Böyük yeddilik” ölkələrinin liderləri ilə görüşüb
12 İyun 09:43
Qoşqar Təhməzli Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə nazirinin müavini ilə görüşüb
12 İyun 09:41
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar
12 İyun 09:39
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib
12 İyun 09:38
“Sizi tanıyaq” layihəsi çərçivəsində növbəti görüş keçirilib
12 İyun 09:35
COVID-19 xəstəliyinin müalicəsindən sonrakı dövrdə sağlam həyat tərzinə riayət etmək olduqca vacibdir
12 İyun 09:33
Ermənistanda 2008-ci ildə baş vermiş hadisələr təkrarlana bilər
12 İyun 09:30
Əli Kərimlinin Paşinyan sevgisi

11 İyun 21:17
“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

11 İyun 20:47
Bakı Ali Neft Məktəbi YAP-la birgə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirdi
11 İyun 20:04
Nizami Mönsümov: 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür
11 İyun 19:56
YAP Sumqayıt şəhər təşkilatında "Qurtuluşdan – Zəfərə" adlı elmi-praktik konfrans keçirilib
11 İyun 17:46
YAP Nərimanov rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın xilas günü” mövzusunda tədbir keçirilib
11 İyun 17:37
Malik Həsənov: Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir
11 İyun 17:24
“Sağlamlıq Xəmsəsi” layihəsi çərçivəsində Füzuli Rayon Mərkəzi Xəsətxanasında görüş keçirilib
11 İyun 17:21
Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan arasında tammiqyaslı saziş imzalanacaq
11 İyun 17:20
Dövlət Komitəsində Böyük Britaniya və Avstraliyadan olan nümayəndə heyəti ilə görüş keçirilib
11 İyun 17:19
“Avro-2020”: Uels yığması Bakıda İsveçrə ilə oyundan əvvəl son məşqinə çıxıb
11 İyun 17:15
Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
11 İyun 16:58
“The Korea Post” qəzeti Kəlbəcərdə baş vermiş hadisədən yazıb
11 İyun 16:50
Prezident İlham Əliyev: Azərbaycan ilə Rusiya arasında münasibətlərin dinamik və uğurlu inkişafı xüsusi məmnunluq doğurur
11 İyun 16:40
Nazir Vilayət Eyvazov: Əminəm ki, gənc zabitlərimiz xalqa və dövlətə sədaqətlə xidmət edəcəklər
11 İyun 16:33
Rəcəb Tayyib Ərdoğan: Ərazilərin minalanması məsələsinin həllinə lazımi dəstəyi göstərəcəyik
11 İyun 16:32
YAP Qaradağ rayon təşkilatında müşavirə keçirilib
11 İyun 16:27
Əliabbas Salahzadə: Azərbaycan-Türkiyə birliyi dostluq və qardaşlıq nümunəsidir
11 İyun 16:24
Anar Məmmədov: 15 İyun Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA