YAP Mərkəzi Aparatında Çinin ölkəmizdəki səfiri ilə görüş keçirilib
10.06.2021 [09:25]
İyunun 9-da Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP Sədrinin müavini Əli Əhmədov Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə partiyanın Mərkəzi Aparatında görüşüblər.
Görüşdə Azərbaycan ilə Çin arasındakı münasibətlərin hazırkı vəziyyətinin məmnunluq doğurduğu vurğulanıb. Bildirilib ki, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq tərəflər üçün olduqca faydalı və əhəmiyyətlidir. Həmçinin ölkələrimizin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində təmaslarının və əlaqələrinin önəmindən bəhs olunub. Qeyd edilib ki, Azərbaycan və Çin koronavirus pandemiyasına qarşı beynəlxalq mübarizə istiqamətində qlobal əməkdaşlığın və həmrəyliyin təmin olunmasına mühüm töhfə verirlər.
Görüşdə Azərbaycan və Çinin beynəlxalq müstəvidə bir-birinin milli maraqlarının qorunması üçün strateji əhəmiyyət daşıyan məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirmələrinin strateji əhəmiyyətə malik olduğu vurğulanıb. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon danışığı zamanı Çin Kommunist Partiyasının yaranmasının 100 illiyi münasibətilə səmimi təbriklərini çatdırdığı xatırlanaraq Azərbaycan-Çin münasibətlərinin inkişafında hər iki ölkə rəhbərliyinin siyasi iradəsinin müstəsna rolu xüsusi qeyd edilib. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əməkdaşlığın dərinləşdirilməsi iki ölkə münasibətlərinin daha da möhkəmlənməsində xüsusi önəmə malikdir. Çin Kommunist Partiyasının 100 illiyi münasibətilə iyul ayında dünya siyasi partiyalarının liderlərinin iştirakı ilə keçiriləcək videokonfransa Yeni Azərbaycan Partiyasının da dəvət olunduğu, YAP-ın sözügedən tədbirdə iştirakına böyük önəm verildiyi diqqətə çatdırılıb.
Görüş zamanı Azərbaycan və Çinin milli-strateji mənafelərə əsaslanan qarşılıqlı faydalı münasibətlərin inkişafında maraqlı olduqları qeyd edilib və çoxşaxəli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə dair əminlik ifadə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə əlaqədar ətraflı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

