“Azərbaycan təhsilinin müasir dövrü: yeni çağırışlar və perspektivlər”
10.07.2021 [09:42]
İyulun 9-da Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi və Azərbaycan-Fransız Universitetinin (UFAZ) təşkilatçılığı ilə “Azərbaycan təhsilinin müasir dövrü: yeni çağırışlar və perspektivlər” mövzusunda görüş keçirilib.
Görüşdə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Gənclər Birliyinin üzvləri və fəal gənclər iştirak ediblər.
Əvvəlcə qonaqları universitetin tədris binası və laboratoriyaları ilə tanış edən YAP İdarə Heyətinin üzvü, UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov bu təhsil ocağı barədə onlara ətraflı məlumat verib və bildirib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən UFAZ Azərbaycan və Fransa prezidentlərinin birgə təşəbbüsü, səyi nəticəsində yaradılmış və müasir standartlara, elmi laboratoriyalara, yüksək keyfiyyətlərə malik təhsil ocağıdır.
Universitetin konfrans zalında davam edən tədbirdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. YAP İdarə Heyətinin üzvü, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov XX əsrdə Azərbaycan təhsil sistemi haqqında, eləcə də ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə təhsil islahatları və elmin qabaqcıl texnologiyaları ilə inkişafı və nailiyyətlərin istehsalatda tətbiqi haqqında məlumat verib. Həmçinin ölkəmiz müstəqillik əldə etdikdən sonra təhsil sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi və ümumilli lider Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin Ulu Öndərin təhsil siyasətinin uğurla davam etdirməsi vurğulanıb və son 18 il ölkədə ən müasir tələblərə cavab verən ali və orta təhsil müəssisələrinin yaradılması, insan kapitalına qoyulan sərmayənin uğurundan danışıb.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov görüşün yüksək səviyyədə təşkilinə, onlara tanışlıq üçün yaradılan gözəl şəraitə görə təşəkkürünü bildirib.
B.İslamov partiyanın gənclər siyasəti, təhsilin və innovasiyaların gənclərin həyatında rolu barədə fikirlərini bildirib. Qeyd edib ki, təşkilatın hədəflərindən biri də təkcə üzvlər deyil, partiya mənsubiyyəti olmayan və ya digər aktiv gənclərlə də sıx təhsilyönümlü əməkdaşlıq etməkdir.
Daha sonra görüşdə UFAZ-da qəbul qaydaları, təhsil prosesi, imtahanlar və təcrübə proqramları, məzunların karyera imkanları, habelə UFAZ-ın Azərbaycan-Fransa münasibətlərində rolu və yeri barədə ətraflı müzakirələr aparılıb və qonaqları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34

