YAP Yardımlı rayon təşkilatının X hesabat konfransı keçirilib
19.08.2021 [09:46]
Avqustun 18-də Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, bu gün Ulu Öndər Heydər Əliyev ideyalarının və Onun siyası kursunun qətiyyətli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxşaxəli, səmərəli fəaliyyəti YAP-ın aparıcı mövqeyini daha da möhkəmləndirir. 44 günlük Vətən müharibəsində əldə olunan parlaq Qələbəmizin yaratdığı reallıqlardan bəhs edən M.Mirzəyev deyib ki, yeni çağırışların həyata keçirilməsində Yeni Azərbaycan Partiyası daim ön sıralarda olub.
M.Mirzəyev qeyd edib ki, hesabat dövründə partiyanın sıraları daha da genişlənərək, üzvlərinin sayı 3690 nəfər olub. Onlardan 872 nəfəri gənclər, 565 nəfəri isə qadınlardır.
Sonra YAP Yardımlı rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Telman Abbasovun hesabatı dinlənilib.
Müzakirələr zamanı Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı Musa Qasımlı, YAP Yardımlı rayon təşkilatının İdarə Heyətinin üzvü, rayon Ağsaqqalar Şurasının sədri Məzlum Mənsimov, rayon təşkilatının sədr müavini Anar Alışov, rayon təşkilatının İdarə Heyətinin üzvü, Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova çıxış edərək təşkilatın hesabat dövrü ərzində gördüyü işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən YAP-ın bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstəyi dayanır. Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, son 18 ildə cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının uğurlu gələcəyinə böyük inam və etimad vardır. VII Qurultayda partiyanın strukturunda yeni seçimlərin edilməsi, YAP-ın yeni Nizamnaməsinin qəbulu təşkilati nöqteyi-nəzərdən xüsusi önəm daşımaqla bərabər, partiyanın fəaliyyətinin stimullaşdırılmasına və səmərələlik səviyyəsinin artırılmasına əhəmiyyətli töhfələr verəcək.
Ə.Tağıyev ölkəmizin uğurlarında Yeni Azərbaycan Partiyasının böyük rolu olduğunu önə çəkərək, YAP Yardımlı rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Yardımlı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51

