YAP Ağsu rayon təşkilatının X hesabat konfransı keçirilib
21.08.2021 [11:41]
Avqustun 20-də Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edib ki, YAP siyasi mübarizələrlə və bir-birini ardıcıl surətdə əvəz edən uğurlarla, nailiyyətlərlə zəngin olan bir yol keçib. Ə.Hüseynov onu da vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatı hesabat dövründə partiyanın Proqram və Nizamnaməsi əsasında fəaliyyət göstərərək işini rayon təşkilatının iş planına, YAP Mərkəzi Aparatının təlimat və göstərişlərinə uyğun qurub.
Ə.Hüseynov deyib ki, YAP Ağsu rayon təşkilatı 91 ərazi ilk partiya təşkilatında 5372 üzvü birləşdirir. Onlardan 1141 nəfərini gənclər, 2141 nəfəri isə qadınlar təşkil edir.
Sonra YAP Ağsu rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Araz Rəhimovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı çıxış edən YAP Ağsu rayon təşkilatının Qadınlar Şurasının sədr müavini, Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, YAP Ağsu rayon təşkilatının Gənclər Birliyinin sədri, Ağsu rayon Təhsil şöbəsinin Metodika şöbəsinin müdiri Elnur Fərzəlizadə, Çaparlı ərazi ilk partiya təşkilatının sədr müavini, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Allahverdi Qənbərov, partiya üzvləri - rayon Ağsaqqallar Şurasının sədri Seyfəddin Abdullayev, Ağsu şəhər 4 saylı tam orta məktəbin direktoru Günay İnayətova hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür. Yeni Azərbaycan Partiyasının VII Qurultayında ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirib.
YAP-ın 29 ildə əldə etdiyi uğurlardan bəhs edən Ə.Tağıyev vurğulayıb ki, hər bir siyasi təşkilat mütəmadi olaraq yenilənməli, ideoloji prinsiplərini yeni dövrün tələblərinə uyğunlaşdırmalı, funksional və struktur islahatları baxımından dövrün çağırışlarına cavab verməlidir.
X hesabat konfransının keçirilməsi münasibətilə YAP Ağsu rayon təşkilatının üzvlərini təbrik edən Ə.Tağıyev təşkilatın gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Konfransda YAP Ağsu rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

