Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Səbail rayon təşkilatının nümayəndələri şəhidin barelyefini ziyarət ediblər

YAP Səbail rayon təşkilatının nümayəndələri şəhidin barelyefini ziyarət ediblər

02.11.2021 [12:16]

YAP Səbail rayon təşkilatının nümayəndələri rayonun Badamdar qəsəbəsi Gənclər küçəsində Vətən müharibəsi şəhidi Həsənov Vüsal Ariz oğlunun yaşadığı evinin qarşısında hazırlanan barelyefini ziyarət ediblər.

Təşkilat üzvləri şəhidin əziz xatirəsini ehtiramla yad edərək Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan bəhs ediblər. Onlar Vüsalın timsalında igid oğullarımızın xatirələrinin qəlbimizdə əbədi yaşayacağını, şəhid ailələrinin dövlətin daim diqqət və qayğısı ilə əhatə olunacaqlarını bildiriblər.

Şəhidin ailə üzvləri öz növbəsində göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Vüsal Həsənov prezidentin sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Paylaş
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30