YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir
03.11.2021 [11:56]
YAP Xətai rayon təşkilatı Aşıq Ələsgər küçəsi 64, Vunq Tau küçəsi 14 və Rahib Məmmədov küçəsi 18 ünvanlarında yerləşən
ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yığıncaqlarda çıxış edərək bildirib ki, müstəqilliyimizin yenidən bərpasından ötən 30 illik tarixi vərəqlədikdə 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra başlanan yolun tariximizə hər günü uğur səhifəsi kimi yazdığını böyük fəxr və inam hissi ilə qeyd edirik: «Müstəqilliyimizin ilk illərinin böhranından, xaosundan, anarxiyasından, özbaşınalıqlarından xilas olan Azərbaycan sabitlik diyarına çevrildi, qısa müddətdə yeni dostlar, tərəfdaşlar qazandı. İqtisadi müstəqilliyini möhkəmləndirmək üçün biri-birindən əhəmiyyətli addımlar atdı və beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrildi. Ulu öndər Heydər Əliyev müstəqillik yolunda ilk addımlarını atan ölkənin qarşısında dayanan vəzifələrdən bəhs edərkən onun xarici ölkələrdə təmsilçiliyini xüsusi qeyd etdi. Bu baxımdan dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir amal-azərbaycançılıq ideyası ətrafında birləşmələrinin vacibliyi vurğulandı ki, ötən illər bu sahədə də mühüm uğurlara imza atılması ilə yadda qalıb. Dünya azərbaycanlılarının beynəlxalq aləmə səs salan birliyini 44 günlük İkinci Qarabağ müharibəsi dövründə daha aydın şəkildə gördük. Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev möhkəm təmələ əsaslanan bu birliyi daha da sarsılmaz etdi.
Vüqar Rəhimzadə bu birlikdə tarixə xalqın partiyası kimi daxil olan Yeni Azərbaycan Partiyasının rolundan bəhs edərək bildirib ki, hər bir partiya üzvünün həmrəyliyimizi qorumaq, daha da möhkəmləndirmək, yeni-yeni hədəflərin gerçəkləşməsinə dəstək verməsi başlıca vəzifələrindəndir.
Sonra hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb. Aşıq Ələsgər küçəsi 64, Vunq Tau küçəsi 14 və Rahib Məmmədov küçəsi 18 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçiliblər. Feyruz Həmzəyev Aşıq Ələsgər küçəsi 64 ünvanında yerləşən ərazi partiya təşkilatının, Kəmalə Şıxlinskaya Vunq Tau küçəsi 14 ünvanında yerləşən ərazi partiya təşkilatının, Cavid Əliyev isə Rahib Məmmədov küçəsi 18 ünvanında yerləşən ərazi partiya təşkilatının sədrləri seçiliblər.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

