Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nəsimi rayon təşkilatı “Azərbaycan son 18 ildə” adlı tədbir keçirib

YAP Nəsimi rayon təşkilatı “Azərbaycan son 18 ildə” adlı tədbir keçirib

23.12.2021 [21:23]

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Nəsimi rayon icra hakimiyyəti tərəfindən birgə Azərbaycan Respublikası Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri,cənab İlham Əliyevin “Azərbaycan son 18 ildə” fəaliyyətinə həsr edilmiş tədbir keçirilib.

Tədbir öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla başladı.

Daha sonra Azərbaycan Respublikası Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevin 18 illik fəaliyyətinə həsr edilmiş video-çarx nümayiş etdirilib.

Rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən partiya üzvləri, ali təhsil müəssisələrində təhsil alan fəal tələbələr, rayon ictimaiyyətinin nümayəndələrinin və çoxsaylı qonaqların iştirak etdiyi tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirdi:“Əsrə bərabər 18 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı”.

Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov da tədbirdə çıxış edərək: “Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 18 ilə nəzər salsaq, respublikamızın bütün sahələrdə xüsusilə də dövlət idarəçiliyində əldə etdiyi uğurlar, sosial-iqtisadi nailiyyətlər göz qabağındadır. Öz gündəlik həyatında bu dinamik inkişafı hiss edən Azərbaycan vətəndaşlarının mövcud siyasi kursa inamı və etimadı günü-gündən möhkəmlənir. Xalqımız yeganə güvənci və sabahının təminatı kimi baxdığı bu siyasi kursu birmənalı dəstəkləyir və alternativsiz seçim ünvanı kimi qəbul edir”.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edərək: “Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı son 18 ildə möhtərəm cənab Prezident İlham Əliyev rəhbərliyi altında təhsilə və tədrisə ayrılan diqqət sayəsində müasir çağırışlara cavab verən ali təhsil ocaqları fəaliyyət göstərdiyini bildirdi.

Nəsimi rayon Ağsaqqallar şurasının sədri Vaqif Şadlinski qeyd etdi ki, son 18 ildə möhtərəm cənab Prezident İlham Əliyev rəhbərliyi altında səhiyyə sahəsində aparılan islahatlar təkcə Azərbaycanda deyil, dünyada da yüksək qiymətləndirilir.

Daha sonra vətən müharibəsi qazisi Rüfət Salmanov çıxış edərək: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-də başlayan əks-həmlə əməliyyatı xalqımız üçün Vətən müharibəsinə çevrildi və rəşadətli Ordumuzun şanlı Qələbəsi ilə başa çatdı. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu “məğlubedilməz” ordunu və “keçilməz” istehkamları ildırım sürəti ilə darmadağın edərək böyük Zəfərə imza atdı.”

Sonda 44 günlük vətən müharibəsində şəhidi Əliyev Raufun atası Əliyev Səxavət çıxış edərək Vətən müharibəsində qazanılan Zəfərlə bir tərəfdən şəhidlərimizin xatirəsini dərin ehtiramla andıqlarını, digər tərəfdən də dünyada tayı-bərabəri olmayan tarixi Qələbənin qazanılmasının qürurunu yaşadığını vurğuladı. Çıxışını davam etdirən şəhid atası göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlığını bildirdi.

Tədbirin sonunda Azərbaycan Respublikası Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevin fəaliyyətinin sosial mediada fəal təbliğinə görə bir qrup fəal partiya üzvü diplom və hədiyyələrlə mükafatlandırıldı.

 

Paylaş
Baxılıb: 187 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

21 Yanvar 10:00

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31