Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi düşünülmüş siyasətin nəticəsidir
22.04.2022 [15:55]
Ümummilli Lider Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qəbul edilən Azərbaycan Respublikasının dinamik inkişafına və xalqın firavan həyatına hesablanmış tarixi qərarlar öz müsbət nəticələrini verməkdədir.
Dünya Azərbaycanlılarının təşkilatlanmasında, xarici ölkələrlə müstəqil Azərbaycan Respublikasının siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik olan “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar imzalanan vaxtdan ötən müddətdə dünya azərbaycanlılarının Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etmək istiqamətlərində əhəmiyyətli layihələr gerçəkləşdirilib.
Xatırlatmaq yerinə düşər ki, Ulu Öndər Heydər Əliyev 2001-ci il mayın 23-də “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin ilin noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı isə ölkəmizin tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olub. Bu qurultayla xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsinin, eyni zamanda, həmvətənlərimizin milli ideologiyamız olan azərbaycançılıq ideyası ətrafında birlik və həmrəyliyinin əsası qoyulub.
Qurultaydan bir müddət sonra, 2002-ci il iyulun 5-də dahi şəxsiyyət “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərman imzaladı. Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən həmin mühüm tarixi sənəd bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə əlverişli imkan yaratdı.
Ümummilli liderimizin irsi, gələcəyə yönələn siyasi xətti 2003-cü ildə hakimiyyətə gələn Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi. Bu, diaspor fəaliyyəti sahəsindən də yan keçmədi. Elə bu məqsədlə dövlətimizin başçısı 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı.
Komitə diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini reallaşdıran orqan kimi fəaliyyətə başladı.
Yeri gəlmişkən, Diasporla İş üzrə Dövlət Komitəsinin və diaspor təşkilatlarının əsas məqsədlərindən biri hər zaman Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə obyektiv, tam və dolğun şəkildə çatdırmaq olub. Bu həqiqətlər əsasən, Ermənistan dövləti tərəfindən Azərbaycanın beynəlxalq hüquqla tanınan, tarixi torpaqlarının işğal olunması, milyonlarla soydaşının və vətəndaşının qaçqın və köçkünə çevrilməsi, Xocalı soyqırımı kimi faktları əhatə edib.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da həmin siyasətin reallaşmasında önəmli rol oynayıb. Fond erməni işğalına etiraz edilməsi və bu istiqamətdə məlumatlandırma tədbirləri çərçivəsində dünyanın bir çox şəhərlərində nümayişlər keçirib, “Xocalıya ədalət!” adlı kampaniya ilə erməni vəhşiliyini dünyaya tanıdıb.
Diaspor Vətən müharibəsi günlərində də Azərbaycanın haqq səsinin bütün dünyaya yayılmasında səmərəli fəaliyyət göstərib. Savaş dövründə diaspor təşkilatlarının dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirməsi, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirakı, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərməsi bunun bariz ifadəsi kimi diqqət çəkib.
Prezident İlham Əliyevin 5 yanvar tarixli sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa ili” elan olunmuşdur. Belə bir vaxtda Dünya Azərbaycanlılarının V Qurultayının Qarabağın incisi, ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi tarixi, mənəvi və simvolik əhəmiyyət daşıyır, Şuşa həm də dünya azərbaycanlılarını birləşdirən məkana çevrilir və bütün dünyaya azərbaycanlıların tarixi şəhərinə qayıdışının təsdiqi kimi diqqət çəkir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

