Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Zərifə Əliyevanın anadan olmasının 99 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Zərifə Əliyevanın anadan olmasının 99 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

27.04.2022 [15:57]

Yeni Azərbaycan Partitaysı Hacıqabul rayon təşkilatı və Hacıqabul rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 27 aprel 2022-ci il tarixində Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyinə həsr olunmuş Elmi-praktik Konfrans keçirildi.

Tədbiri YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov açdı və Akademik Zərifə xanım Əliyevanın dərin və mənalı ömür yolu, elmi və akademik fəaliyyəti barədə məlumat verdi. O bildirdi ki, Zərifə xanım Əliyeva haqqında söhbət açılanda yada ilk olaraq işıq, nur düşür. Təkcə ona görə yox ki, Zərifə xanım həkim kimi gözlərə nur verirdi. Onun yaşadığı ömrün özü bir işıq mücəssəməsidir. Bu işıqdan hamıya pay çatır: ailəsinə, övladlarına, əhatəsində olanlara, gözünün nurunu itirmiş insanlara və ən əsası Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevi dünyaya gətirdiyinə görə, Azərbaycan xalqına bəxş etdiyinə görə bütün azərbaycanlılara pay çatır.

Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir.

Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov çıxış edərək bildirdi ki, mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir. Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmiş  Zərifə xanım Əliyeva da belə seçilmiş insanlardandır.

Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əziz qızı Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə dair böyük araşdırmalar aparmışdır. Zərifə xanım eyni zamanda yüksək ixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf etmişdir. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır.

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

 Bizlər, bütün azərbaycan xalqı bu ailəyə - Ulu Öndər Heydər Əliyevə və Zərifə xanım Əliyevaya minnətdarıq ki, qəlbində daim Azərbaycan sevgisi ilə yaşayan, Vətənimizin qüruru, Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, müasir siyasət elminin mahir bilicisi Prezident Cənab İlham Əliyev yetişmişdir. Ulu Öndər Heydər Əliyev siyasətinin uğurla və böyük şövqlə davam etdirən Cənab İlham Əliyevin sayəsində dövlətimizin gücü günü-gündən daha da artır, Azərbaycan qüdrətli bir ölkə kimi regionda söz sahibidir. Bu gün məhz cənab Prezident İlham Əliyevin  həyata keçirdiyi düşünülmüş dövlət siyasəti nəticəsində Azərbaycan qalib ölkəyə çevrilmişdir.

Xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Cənab Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla  xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”. 

Daha sonra Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının müavini Xuraman Məmmədova, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının həkimi Aynur Qasımzadə, Hacıqabul şəhər 6 saylı tam orta məktəbin direktor əvəzi Xatirə Rüstəmova, Hacıqabul rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aynur Əsədova çıxış etdlər.

Sonda görkəmli alim, Akademik Zərifə xanım Əliyevaya həsr olunmuş qısametrajlı film nümayiş etdirildi.

Paylaş:
Baxılıb: 132 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

MEDİA

Analitik

İnsan işğalı

18 May 10:25

Siyasət

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

18 May 10:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31