Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi tarixi bir hadisədir

Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi tarixi bir hadisədir

28.04.2022 [10:58]

“Dünya azərbaycanlıları” anlayışı mahiyyət etibari ilə özündə birliyi ifadə edir.Çünki məlumdur ki, Azərbaycan konkret milli mənsubiyyəti bildirməklə yanaşı, həm də coğrafi mənsubiyyət bildirir. “Dünya azərbaycanlıları” dedikdə də təkcə azərbaycanlılar yox, tarixi Azərbaycan torpaqlarında yaşayan bütün milli azlıqlar,Azərbaycan dövlətinin bütün vətəndaşları və xaricdə yaşayan azərbaycanlılar başa düşülməlidir.Ulu Öndərin I Qurultayda söylədiyi “biz həmişə azərbaycançılıq ideyası ətrafında birləşməliyik” sözləri onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən,Azərbaycan xalqı tərəfindən ləyaqətlə yerinə yetirildi. Bunun nəticəsidir ki,bu birləşmə sonda “dəmir yumruğ”u yaradaraq düşmən işğalına son qoydu,Dünya Azərbaycanlılarının V Qurultayı həm də “Zəfər Qurultayı” oldu,Dünya Azərbaycanlılarının V Qurultayı azad Qarabağda,azad Şuşada keçirildi”.

Cənab Prezident qurultayda çıxışında dünya azərbaycanlılarını birləşdirən ən mühüm xüsusiyyətin onların qəlbində yaşayan milli ruh,ədalət,Vətən sevgisi olduğunu vurğulayıb: “Bu milli ruh,Vətən sevgisi,qələbə əzmi həmrəyliyimizi Zəfərlə yekunlaşdırdı.Müharibə vaxtı harada yaşamasından asılı olmayaraq,milyonlarla azərbaycanlı qələbəyə töhfə verə bilmək üçün əlindən gələn hər şeyi edib.Xüsusilə informasiya müharibəsində xaricdə yaşayan azərbaycanlıların fəaliyyəti çox əhəmiyyətli olub.Onlar erməni yalanlarına,düşmənin əsassız torpaq iddialarına layiqli cavablar verərək Azərbaycanın haqq səsini yaşadıqları ölkənin ictimaiyyətinə çatdırıb.Müharibə başa çatsa da,dünya azərbaycanlılarının üzərinə düşən bu missiya,informasiya mübarizəsinin layiqli davam etdirilməsi zərurəti hələ də qalır.Çünki postmüharibə dövründə dövlətimiz qarşısında qoyulmuş yeni vəzifələr var.Bu vəzifələrdən demək olar ki,ən mühümü Prezidentin rəhbərliyi altında həyata keçirilən düzgün siyasi strategiya və uğurlu xarici siyasət nəticəsində həll olunub,ölkəmizin Vətən Müharibəsindəki Böyük Zəfərinin doğurduğu nəticələr və Cənubi Qafqazda yaranmış yeni reallıqlar artıq bütün dünyada qəbul olunub.BMT,Avropa İttifaqı,Qoşulmama Hərəkatı,İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu təşkilatların qəbul etdikləri qərar və qətnamələrdən,onların rəhbərlərinin verdiyi bəyanatlardan,ABŞ,Böyük Britaniya,Fransa kimi böyük dünya dövlətlərinin rəhbərlərinin dövlətimizin başçısına müraciətlərindən aydın olur ki, müharibədən sonrakı reallıqlar artıq qəbul olunub,bundan sonra yalnız Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdədir.Sülh sazişinin bağlanması məsələsində də ilk addımı elə Prezident İlham Əliyev özü atıb və Azərbaycanın 5 prinsipdən ibarət təklifi Ermənistan tərəfə təqdim edilib.Məhz bu beş prinsip əsasında Ermənistanla sülh danışıqları davam etdiriləcək”.

Belə əlamətdar tarixi hadisələrin baş verdiyi bir dövrdə dünya azərbaycanlılarının tariximizi bilməsi olduqca vacibdir:“Bununla bağlı Prezident Qurultayda vurğuladı ki, Kürəkçay, Gülüstan,Türkmənçay sülh müqavilələrinin tarixinin öyrənilməsi,Zəngəzurun və İrəvanın Azərbaycandan qoparılıb Ermənistana verilməsi,Dağlıq Qarabağ Muxtar Vilayəti kimi süni qurumun yaradılması,azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, Sovet İttifaqında,xüsusilə II Dünya Müharibəsi zamanı Sovet Ordusunda azərbaycanlıların xidməti,1980-90-cı illərdə süni şəkildə yaradılmış separatizm meylləri, I və II Qarabağ müharibələri tarixi mükəmməl öyrənilməlidir ki,Azərbaycan həqiqətlərini bütün dünyaya düzgün çatdıra bilək.

Dünya azərbaycanlılarını birləşdirən digər mühüm dəyər də Azərbaycan dili və Azərbaycan mədəniyyətidir.Mədəniyyət paytaxtımız Şuşanın düşmən işğalından azad olmasından sonra V Qurultayın məhz Şuşada keçirilməsi bu baxımdan da olduqca əhəmiyyətli və müdrik bir qərardır.Şuşanın işğaldan azad olunmasından cəmi il yarım keçməsinə baxmayaraq artıq bu qısa vaxtda Şuşada xeyli sayda beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilib.Şuşa mədəniyyət paytaxtı olmaqla yanaşı,bizim üçün həm də qələbə, qəhrəmanlıq, birlik-həmrəylik rəmzidir.Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı təqdirdə,Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü tanımayacağını vurğulayan Prezidentin dünya ictimaiyyətinə və Ermənistana bu mühüm mesajları Şuşada, həm də Dünya Azərbaycanlılarının Qurultayında verməsi bu mesajların gücünü daha artırdı və bütün dünya azərbaycanlıların həmrəyliyinə şahidlik etdi”.

Zəfər Qurultayının ən mühüm nəticəsi o oldu ki,Prezident Cənubi Qafqazda yeni yaranmış geosiyasi reallıqlar dövründə Azərbaycan diasporunun fəaliyyətinin ideoloji istiqamətlərini aydın müəyyənləşdirdi: “Tarixi zəfərdən sonra dünya azərbaycanlıları daha xoşbəxt, daha qürurludur. Lakin bundan sonra biz həm də daha güclü, daha həmrəy olmalıyıq.Erməni faşizmi yenidən baş qaldırarsa,düşmən yenidən torpaqlarımıza göz dikərsə,biz hər zaman düşməni dəmir yumruqla əzməyə hazır olmalıyıq.Dünya azərbaycanlıları həm olduqca şərəfli, qürurlu,həm də məsuliyyəti bir dövrü yaşayır.Biz qələbəmizi qorumalı, informasiya mübarizəmizi düzgün davam etdirməli,tariximizi öyrənməli, işğaldan azad olunmuş ərazilərin yenidənqurma işlərinə dəstək olmalı, dövlətimizə bu zəfəri bəxş edən Prezident İlham Əliyevin ətrafında sıx birləşməli,xalq-iqtidar birliyini və bütün dünya azərbaycanlılarının birliyini daha da möhkəmləndirməliyik.Dünya azərbaycanlıları əmin olsun ki,bundan sonra da hər zaman Azərbaycan dövlətinin-qalib dövlətin siyasi və mənəvi dəstəyini hiss etməyə davam edəcəklər”.

Elçin İsmayılov,Yeni Azərbaycan partiyası Goranboy rayon təşkilatının sədri.

Paylaş:
Baxılıb: 176 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

28 May 10:15

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31