/ / Sürətli inkişaf və firavan həyat şəraiti insanların hakimiyyətə və YAP-a olan inamını gücləndirir
Sürətli inkişaf və firavan həyat şəraiti insanların hakimiyyətə və YAP-a olan inamını gücləndirir
26.10.2010 [00:47]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə deputatlığa namizədi Ziyafət Əsgərovun Lənkəran rayonunun Siyavar və Daşdalığjar kəndlərinin seçiciləri ilə görüşü keçirilib. Tədbirdə çıxış edən deputatlığa namizəd Ziyafət Əsgərovun vəkili Elşad Nəsirov bildirib ki, bu gün inkişaf edən Azərbaycanda siyasi sabitliyin möhkəmlənməsi, sosial inkişafın dərinləşməsi xalqın hakimiyyətə olan inamını artırmaqdadır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yüksək inkişaf və tərəqqi konsepsiyasının YAP Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və keyfiyyətcə zənginləşərək yeni mərhələyə qədəm qoyması xalqın iqtidara və partiyamıza olan inam və etibarını daha da möhkəmləndirib. ölkəmizin sabitliyinin təmin olunmasına səbəb olan, inkişafa təkan verən siyasi və iqtisadi islahatlar kursu yeni mərhələyə qədəm qoyub. E.Nəsirov noyabrın 7-də keçiriləcək seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədlərinin qələbə qazanacağına əmin olduğunu diqqətə çatdırıb.
Sonra YAP-ın 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə deputatlığa namizədi Ziyafət Əsgərov çıxış edərək respublikamızdakı siyasi, hüquqi islahatların mahiyyəti, insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə təmin edilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi haqqında danışıb. Ziyafət Əsgərov bildirib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanan və Onun bilavasitə rəhbərliyi altında həyata keçirilən demokratik, dünyəvi və hüquqi dövlətin qurulmasına yönəlmiş islahatlar dönmədən və ardıcıl davam etdirilir. Bu kompleks islahatlar Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən yeni inkişaf dövrünün tələblərinə uyğun olaraq daha da inkişaf etdirilməkdədir. Azərbaycanda demokratikləşmə və insan hüquqlarının qorunması, vətəndaşların sərbəstliyi və azadlığının təmin edilməsi ilə bağlı aparılan məqsədyönlü siyasət öz mühüm nəticələrini göstərməkdədir. Bu gün respublikamızda demokratik təsisatların fəaliyyətinə geniş imkanlar yaradan mühit mövcuddur, bunu dünyanın beynəlxalq təşkilatları dəfələrlə bəyan ediblər.
YAP-ın 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə deputatlığa namizədi bildirib ki, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, insanların rifahının, yaşayış səviyyəsinin yüksəlməsi, onların məşğulluq problemlərinin həlli, iş yerləri ilə təmin olunmaları, firavan həyat şəraitinin təmin edilməsi, digər çoxsaylı faktorlar YAP-a olan inamı gücləndirir. “Hesab edirəm ki, partiyamızın namizədləri də məhz bu amillərin seçki resursunun əsas bazası olduğunu yaxşı anlayırlar.
YAP-ın deputatlığa namizədi Z.Əsgərov onu da əlavə edib ki, bu gün ölkəmizin bütün bölgələrində davamlı inkişaf layihələri həyata keçirilir: “Rayon mərkəzləri, qəsəbə və kəndlərin sosial infrastrukturu, kommunal xidmət sektoru yenidən qurulur. Hər bir bölgədə yeni istehsal və emal müəssisələri, xidmət və digər infrastruktur, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə yeni, müasir obyektlər istifadəyə verilir, infrastrukturun, o cümlədən, elektrik enerjisi, qaz və su təchizatı, nəqliyyat və rabitə infrastrukturunun, sosial infrastrukturun inkişafı istiqamətində uğurlu addımlar atılır. Eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, onların güzəranının xeyli yaxşılaşdırılması üçün işlər görülməkdədir. Bütün bu amillər YAP-a və onun namizədlərinə qələbə əldə etmək üçün böyük baza yaradır. Ona görə də, əvvəlki seçkilərdə olduğu kimi, noyabrın 7-də keçiriləcək parlament seçkilərində də xalq YAP-a dəstək verəcək”.
Tədbirdə çıxış edən Lənkəran seçiciləri bundan əvvəl keçirilən bütün seçkilərdə olduğu kimi, yenə də Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər. Onlar YAP-ın böyük seçki təcrübəsinə malik olduğunu və parlament seçkilərində şəksiz qələbəsinə əmin olduqlarını vurğulayıblar. Lənkəranlılar qeyd ediblər ki, YAP-ın üzvləri ölkəmizin inkişafı ilə bağlı həyata keçirilən kompleks islahatların təmin olunmasında böyük səy göstərirlər. Bunu nəzərə alan Lənkəran sakinləri Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi yolunda həyata keçirilən davamlı islahatları həmişə dəstəkləyiblər, onlar noyabrın 7-də növbəti dəfə YAP-a olan rəğbətlərini təsdiqləmiş olacaqlar.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17

