Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan Qafqazda sülh və əməkdaşlığa böyük önəm verir

Azərbaycan Qafqazda sülh və əməkdaşlığa böyük önəm verir

04.05.2022 [15:00]

Azərbaycan Prezidenti cənab İlham Əliyev 29 aprel tarixində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda iştirak edərək öz çıxışı və iştirakçıların suallarını cavablandırmaqla Azərbaycan həqiqətlərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmış oldu.Cənab Prezident İlham Əliyev bundan əvvəl də dəfələrlə media və beyin mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirərək onları maraqlandıran çoxsaylı sualları ətraflı cavablandırmaqla Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır.30 il işğala məruz qalmasına baxmayaraq Azərbaycan hər zaman regionda sülh və təhlükəsizliyin tərəfdarı olmuşdur. İşğal müddətində münaqişənin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olması və münaqişə bitdikdən dərhal sonra Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış etməsi Azərbaycanın hər zaman sülhdə maraqlı olmasının göstəriciləridir.

Azərbaycan Prezidentinin xalqımızın milli maraqları naminə həyata keçirdiyi qətiyyətli siyasət və diplomatik bacarığı sayəsində Ermənistan yeni reallıqları qəbul etmək məcburiyyətində qalmışdır,Ölkəmizin irəli sürdüyü 5 təməl prinsipinin Ermənistan tərəfindən qəbul edilməsi bu ölkə ilə imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək ki, bu da Azərbaycanın tarixi diplomatik qələbəsidir.“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” konfransı zamanı Azərbaycan-Ermənistan münasibətləri haqqında geniş fikir bildirən ölkə başçısı bu mövzuda hər bir suala dolğun cavab verərək Ermənistanın bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməyəcəyinə diqqət çəkdi. Vətən müharibəsindən sonra Ermənistanın işğal və onun legitimləşdirilməsi üzərində qurulmuş ideoloji təməlləri artıq sarsılmışdır.Odur ki,bu ölkə hazırki dövrün reallaıqlarını nəzərə alan yeni məqsədlər müəyyən etməli qonşularla münasibətləri normallaşdırmalıdır.Ermənistan Azərbaycan və Türkiyəyə ərazi iddialarına son qoymalı,Cənubi Qafqazda üçtərəfli səviyyədə qarşılıqlı təmasdan çəkinməməlidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev regionda davamlı sülh və təhlükəsizliyin mövcudluğu naminə Ermənistana çıxış yolunu da göstərdi. Bu çıxış yolu isə regional inkişafın bir hissəsi olmaq, regionun həyatına inteqrasiya edə bilmək üçün əməkdaşlığın, konstruktivliyin, yeni reallıqları nəzərə alan, revanşizmə yol verməyən siyasətin yürüdülməsindən keçir.Cənab Prezidentin konfransda səsləndirdiyi hər bir fikir bir daha sübut edir ki, həyata keçirilən müstəqil,qətiyyətli siyasət xalqımızın milli maraqlarına xidmət edir. Azərbaycan regionda təhlükəsizlik və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından yanaşır.

Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ölkələr arasıda əməkdaşlıq və qardaşlığın mahiyyətini əks etdirir. Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə isə Azərbaycanın strateji maraqlarına əsaslanır. Bunun üçün də ölkəmizin bütün qonşularla yaxşı münasibətləri mövcuddur.Həyata keçirilən düşünülmüş xarici siyasət nəticəsində həmçinin ölkəmizin beynəlxalq təşkilatlarla da çox yaxşı münasibətləri vardır.Bu prizmadan postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində Avropa İttifaqının rolunu yüksək qiymətləndirmək mümkündür. Belə ki, Avropa İttifaqı bu mövzuda tərəfsiz və qərəzsiz bir təsisat olduğu üçün ədalətli vasitəçi hesab edilir. Düzdür, Azərbaycana qarşı bəzi beynəlxaq təşkilatlar tərəfindən zamanla ikili standartlardan yanaşmalar olub, xüsusilə də münaqişə dövründə problemin həlli ilə məşğul olmalı olan ATƏT-in Minsk qrupu tərəfindən. Münaqişə dövründə olduğu kimi münaqişədən sonra da ATƏT-in Minsk qrupu heç bir təkliflə çıxış etməyərək disfunksional vəziyyətdə qaldı. Məhz buna görə də normallaşma prosesində Avropa İttifaqının rolu önə çıxmış, tərəflər də buna maraq göstərmişlər. Konfransda Azərbaycana qarşı olan ikili standartlardan bəhs edərkən cənab Prezident İlham Əliyev Ermənistanın 30 illik işğalçılıq dövründə həmin ərazilərdə Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması,dünyada mədəni irsin qorunub saxlanmasını öz fəaliyyətinin prioriteti elan etmiş YUNESCO-nun buna laqeyd münasibətinə və “siyasi məsələlərlə məşğul olmamaq” adı altında həmin ərazilərə missiya göndərməkdən imtina etməsinə diqqət çəkdi.Torpaqlar işğaldan azad edildikdən sonra isə bu təşkilat fəallaşaraq “erməni tarixi irsinin” müdafiəsinə qalxmışdır ki, bütün bunlar da ikili standartların bariz nümunəsidir.Ölkə başçısı konfransda Qarabağda yaşayan ermənilər haqqında danışarkən qeyd etdi ki, onlar Azərbaycan vətəndaşlarıdır və Azərbaycan dövləti onların bütün hüquqlarını və təhlükəsizliyini təmin etməyə hazırdır. Azərbaycan multikultural dəyərlər və tolerantlıq nümunəsi olan bir ölkədir. Cənab Prezident İlham Əliyev bildirdi ki, son vaxtlar Qarabağdakı ermənilərdən Azərbaycana müsbət mesajlar daxil olur.Ermənilər sürətli iqtisadi inkişafın bir hissəsi olmaq,vahid Azərbaycan dövlətində təhlükəsiz,rahat yaşamaq üçün separatçı tendensiyalardan və istəklərindən vaz keçməlidirlər.Eyni zamanda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, iki xalqın yaxınlaşması, Ermənistanda hökm sürən nifrət və revanşizm iddialarının qarşısının alınmasında ictimai diplomatiyanın özünəməxsus rolu ola bilər. Bu istiqamətdə Avropa İttifaqı, ABŞ nümayəndələri ilə bu mövzuda təmaslar yaradılır,Azərbaycan öz təkliflərini irəli sürür.Rusiya hökuməti tərəfindən də müəyyən təmaslar təşkil olunur. Belə görüşlərin keçirilməsi Azərbaycan və Ermənistanın bütün səviyyələrdə danışıqlara başlamasını zəruri edə biləcək amillərdəndir.Azərbaycanın regionun gələcəyi ilə bağlı planları haqqında fikir bildirərkən cənab Prezident İlham Əliyev vəziyyətin əsasən geosiyasi proseslərdən aslı olacağını qeyd etdi. 10 ildən sonra Azərbaycanın daha da güclü olacağını vurğulayan ölkə başçısı həmin vaxta kimi Ermənistanla olan anlaşılmazlıqlar və problemlərin öz həllini tapacağına,üç Cənubi Qafqaz ölkəsi arasında sıx əməkdaşlığın olacağına ümidvar olduğunu bildirdi.Bir çox məsələnin Ermənistandakı gündəmdən,orada nə baş verəcəyindən,Ermənistan hökumətinin sülh gündəliyi ilə bağlı planlarından asılı olacağını bildirən cənab Prezident Azərbaycanın bu vaxta qədər regional layihələrin müəllifi olaraq Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıqda mühüm rol oynadığını diqqətə çatdırdı.Yaxın gələcəkdə isə mühüm layihələrin müəllifi,güclü iqtisadi potensiala malik ölkə,sərvət və sabitlik yaradıcısı kimi  Azərbaycanın bu prosesdə liderliyi öz üzərinə götürəcəyi ölkə başçısı tərəfindən qeyd edildi”.

Elçin İsmayılov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatınımn sədri.

Paylaş:
Baxılıb: 175 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

28 May 10:15

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31