Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan qlobal əhəmiyyət kəsb edən transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir

Azərbaycan qlobal əhəmiyyət kəsb edən transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir

07.06.2022 [11:07]

   Azərbaycan öz  zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkələrdən birinə çevrilib.

   Ölkəmizin üstəqil enerji siyasəti beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir.

Prezident İlham Əliyevin inamla həyata keçirdiyi milli maraqlara uyğun praqmatik siyasət nəticəsində Azərbaycan qlobal əhəmiyyət kəsb edən transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir.

  Dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının, 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin istismara verilməsi Azərbaycan qazının, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmasına imkan verdi.  Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar.  Dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir. İyun ayının 1-də açılışı olmuş 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində ifadə olunan fikirlər də bunu bir daha təsdiq etmiş olur.

   İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərmizin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir. Burada ilk növbədə külək və günəş enerjisi nəzərdə tutulur. Şaxələnmiş ixrac marşrutlarının olması, SOCAR və BP-nin starteji tərəfdaşlığı, zəruri infrastrukturun mövcudluğu Azərbaycanın enerji təhlükəsizliyi sahəsində rolunu getdikcə artırır.

 Azərbaycan müharibədən çıxmış ölkə olmasına baxmayaraq bu gün dünyada ən sürətlə inkişaf edən ölkədir.Bu isə cənab Prezident İlham Əliyevin düşünülmüş siyasətinin uğurudur.

Elçin İsmayılov

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri.

Paylaş:
Baxılıb: 168 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xarici siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31