Azərbaycan Ermənistanla dayanıqlı sülhün əldə olunması üçün lazımi addımlar atır
20.06.2022 [16:24]
ATƏT-in Minsk qrupu 28 il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində demək olar ki, heç bir rol oynamadı və işğalçı Ermənistanı işğal etdikləri Azərbaycan ərazilərindən çıxmağa vadar edə bilmədi. Vəzifəsi münaqişəni sülh yolu ilə həll etmək olan bu qurum yarandığı gündən bəri bir addım olsun irəliləyə bilmədi. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu illər ərzində münaqişə həll edilmədi. Müəyyən sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələr geri çəkilməyə məcbur olardı. Təəssüf ki, bunu etmədilər.
Minsk qrupunun illərdir etməli olduğu işi Azərbaycan öz gücü hesabına həll etdi. Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi və ən əsasda Azərbaycan əsgərinin şücaəti sayəsində status-kvo dəyişdirildi. 28 il ərzində münaqişənin tənzimlənməsi üçün heç bir iş görməyən Minsk qrupu müharibədən sonra açıq-aşkar şəkildə ermənipərəst mövqelərini nümayiş etdirərək Ermənistanın yanında yer aldı. 28 ildə vasitəçilik missiyasının mahiyyətini dərk etməyən həmsədrlərin artıq hazırki reallıqlarını qəbul edib,sülh müqaviləsinin imzalanması və Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimad əlaqələrinin yaranması üçün cəhdlər göstərməlidirlər.
Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Ermənistan 10 noyabr 2020-ci il tarixli bəyanatda və ondan sonra imzalanmş digər bəyanatlarda regionda kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir. Bölgədə sülh və inkişaf naminə atılan addımlar qarşılıqlı olmalıdır.
Azərbaycanın yaratdığı yeni siyasi mənzərə Ermənistanı küncə sıxışdırıb. Ermənistan nə qədər mübarizə aparmağa çalışsa da, bölgədə nəzarəti Azərbaycan edir. Azərbaycanda mövcud olan bu siyasi mənzərə tək qonşu dövlətlərin iqtisadi gəlirlər qazanması üçün deyil, Ermənistanın özünün də qazancla çıxmasına şərait yaradır.
Azərbaycan postmüharibə dövrünün reallıqları fonunda regionda sülh və əmin-amanlığın bərqərar olunması istiqamətində sülh sazişinin tez bir zamanda imzalanmasında maraqlıdır. Möhtərəm Prezident cənab İlham Əliyevin hər zaman çıxışları, qətiyyətli mövqeyi göstərir ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır və fəaliyyətini məhz bu istiqamətdə qurur.Ancaq Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməyərək sülh müqaviləsinin imzalanmasını ləngitməyə çalışır. Ermənistanın qeyri-müəyyən davranışları, sülhə mane olmaq cəhdləri onu beynəlxalq miqyasda ciddi tənqid və qınaq obyektinə çevirir.
Ermənistan mövcud olan bəzi qüvvələr revanşist düşüncələrindən əl çəkməlidir. Əks təqdirdə, öhdəliklərinə əməl etmədiyi üçün Ermənistanla sülh danışıqlarının da mənası qalmayacaqdır. Azərbaycan qalib tərəf olaraq bu çağırışı edir ki, sülh təklifi uzun müddət masa üzərində qala bilməz.Ermənistan hakimiyyəti də, Ermənistan xalqı artıq anlamalıdırlar ki, imzalanacaq sülh sazişi onlar üçün son şansdır.
Azərbaycan bütün Cənubi Qafqaz regionunda inkişafa, sülhün və əmin-amanlığın yaradılmasına daim səy göstərir. Əgər Ermənistan bu tarixi fürsəti əldən qaçırsa, ən çox uduzan erməni xalqı olacaqdır. Bu halda hadisələrin sonrakı inkişafına görə bütün məsuliyyət də məhz Ermənistanın üzərinə düşəcəkdir.
.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

