Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ermənistan kommunikasiyaların açılması ilə bağlı öhdəliklərinə əməl etməlidir

Ermənistan kommunikasiyaların açılması ilə bağlı öhdəliklərinə əməl etməlidir

20.06.2022 [16:34]

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan qələbə ərazi bütövlüyümüzün təmin olunması ilə yanaşı, regionda yeni siyasi-iqtisadi reallıqlar yaradıb. Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəli bəyanat Azərbaycanın qəti qələbəsini təsdiqləyən sənəd kimi tarixə düşdü. Bununla yanaşı, bəyanatın 9-cu bəndi və ötən ilin yanvarın 11-də Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır. Həm Rusiyanın vasitəçiliyi ilə keçirilən Soçi görüşündə, həm də Brüssel danışıqlarında müzakirə predmetlərindən biri elə məhz kommunikasiyaların, ən əsası da Zəngəzur dəhlizinin açılması məsələsi olub ki, bu, üçtərəfli bəyanatlarda da öz əksini tapır.

Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımız üçün olduqca əhəmiyyətlidir. Qeyd etmək lazımdır ki, regionun inkişafı prosesində yeni mərhələ kimi qeyd edilən bu dəhlizin açılışı tarixi hadisədir. O baxımdan ki, bu ideya hələ Sovet İttifaqı dönəmində, Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində ortaya çıxmışdı. 1970-80-ci illərdə Ulu Öndər Heydər Əliyevin Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu o dövrdə ermənilərin ciddi narazılığı ilə qarşılanmışdı. Ermənilər bu layihəni "türklərin Böyük Turan layihəsinin icrasına zəmin hazırlamaq" məqsədi sayırdı. Prezident İlham Əliyev Şuşanın azad olunmasında olduğu kimi Zəngəzur dəhlizini bərpa etməklə də ata vəsiyyətini yerinə yetirir, Ulu Öndərin müəyyən etdiyi strateji hədəfə çatır. Azərbaycanın milli inkişaf konsepsiyasının əsasını qoyan Ulu Öndər Heydər Əliyev yolunun uğurlu davamçısı Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını milli hədəfimiz kimi proiritet elan edir.

Amma Ermənistanın hazırda nümayiş etdirdiyi mövqe Azərbaycanın sülhpərvər, regional əməkdaşlığın inkişafına hədəflənən mövqeyinə uyğun deyil. Bu ölkə hər məqamda üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmağa çalışır. Yeri gəlmişkən, Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimindəki nitqində də bildirib ki, biz kommunikasiyaların açılması ilə bağlı Ermənistanın 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanata əməl edəcəyini gözləyirik ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olsun. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakin, əfsuslar olsun ki, indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, qəbuledilməzdir: "Birincisi, bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda sanki bir disbalans yaradır. Çünki eyni Bəyanata əsasən, Azərbaycan Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması üçün üzərinə öhdəlik götürdü. Beləliklə, bir il yarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər və maneəsiz əlaqəyə malikdirlər. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Bu, ədalətsizdir və biz bununla razılaşmayacağıq. Ermənistan tərəfindən bizə belə bir əlaqə yolunun verilməsi məsələsinin məqsədyönlü şəkildə gecikdirilməsi səmərəsizdir. Bu, mənə əvvəlki danışıqlar dövrünü xatırladır ki, Ermənistan o zamanlar vaxt udmaq üçün davamlı olaraq bütün məsələləri gecikdirirdi. Bu, nə ilə nəticələndi? Nəticə həm döyüş meydanında, həm də siyasi arenada tam məğlubiyyət oldu. Nəticə o oldu ki, Ermənistanın ideoloji bazası tamamilə darmadağın edildi. Otuzillik işğal dövrü erməni xalqını heç də xoşbəxt etmədi. Əksinə, onlar dünya ictimaiyyətinin gözündə işğalçı və təcavüzkar oldular. Müharibə başa çatdıqdan sonra artıq hər kəs görə bilər ki, onlar işğal dövründə oraları necə viran qoyublar".

Zəngəzur dəhlizi Azərbaycanla yanaşı, regional və qlobal iqtisadi imkanların genişlənməsi üçün bir hədəfdir. Bununla yanaşı, regionun sülh və təhlükəsiz bir şəraitdə yaşaması üçün, əməkdaşlıq platformalarının daha səmərəli fəaliyyəti üçün kommunikasiyalar açılmalıdır. Cənab Prezidentimizin də bildirdiyi kimi, Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir: "Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, vacib məsələdir, Azərbaycanın bunu tələb etməyə haqqı var. Birincisi, Ermənistan hökuməti müvafiq Bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var".

Azərbaycan dövləti, Prezident İlham Əliyev milli inkişafımızı məhz tarixi keçmişimizin, tarixi torpaqlarımızın ideologi əsasları üzərində qurur. Bununla yanaşı, Prezident İlham Əliyevin irəli sürdüyü fikirlər milli maraqlarımız müstəvisində sülhün və təhlükəsizliyin təmininə və qlobal əməkdaşlığa əsaslanır. Azərbaycan dövləti özünün yeni inkişaf mərhələsini yaradır və bu mərhələni uğurla inkişaf etdirir. Tarixi keçmişimizə əsaslanan strateji inkişaf yolumuz regionun gələcək inkişafının yol xəritəsinə çevrilir. Bu mənada, "Zəngəzur dəhlizi" Cənubi Qafqazın dünənindən sabahına gedən yol kimi də dəyərləndirilə bilər.

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 143 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Sosial

Avropa imtina edir

02 İyul 12:09

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31