Ədalətin və milli iradənin təntənəsi
24.06.2022 [11:13]
1993-cü ilin iyun ayının əvvəllərində müstəqilliyimiz, ölkəmiz məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin dövr dara düşmüş, uçurum qarşısında olan Azərbaycan xalqının yeganə ümid yeri, qurtuluş çırağı məhz Ulu Öndər Heydər Əliyev idi. Həmin dövrdə xalqımız qəti addım ataraq, düzgün seçim etdi və Azərbaycan tarixinin siyasət dahisini hakimiyyətə gətirdi. Bununla da, xarici və daxili düşmənlərimizin arzuları ürəklərində qaldı. Qeyd etmək lazımdır ki, həmin dövrün tarixi şəraiti olduqca mürəkkəb idi və ağır sınaq günlərində tarixi şəxsiyyət Heydər Əliyev mübarizə meydanına atıldı və qurtuluş mübarizəmizin qalibi oldu. O, xalqımızı dibi görünməyən yarğanlardan, uçurumların üzərindən müdrik siyasəti ilə keçib, bizi firavan gələcəyə apardı. 1993-cü ilin iyunun 15-i Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi Azərbaycanın qarşısına çıxan böyük bəlalardan, vətəndaş qarşıdurması, iqtisadiyyatın tənəzzülü, hərbi sahədə uğursuzluqlar, ölkənin parçalanması və siyasi xəritədən silinməsi təhlükəsindən qurtulması günü kimi tarixin yaddaşına əbədi həkk olundu. Azərbaycanın müstəqilliyinin qorunması, Silahlı qüvvələri Ali Baş Komandan ətrafında birləşdirərək, Qarabağ müharibəsində dönüş yaratmaqla erməni faşistlərinə qarşı amansız mübarizə aparmaq, iqtisadi tənəzzüldən inkişaf yoluna çıxmaq, Azərbaycan dövlətində demokratik və azad cəmiyyət qurmaq, dünya dövlətlərinin yanında layiqli yerin təmin edilməsi kimi ağır və çox gərgin dövr dururdu. Bu tarixi dövrü Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasəti, qətiyyət və iradəsi həyata keçirdi.
1993-cü il iyunun 16-dan 17-ə keçən gecə o vaxtkı prezident Əbülfəz Elçibəy gözlənilmədən Bakını tərk edərək Kələkiyə yollandı. Belə şəraitdə Milli Məclis 1993-cü il 21 iyun tarixli qərarı ilə Ə.Elçibəyə Bakıya təcili qayıtması barədə müraciət etdi. Lakin Ə.Elçibəy bu müraciətə əhəmiyyət verməyərək paytaxta qayıtmadı və heç bir tədbir görmədi. Bununla da, 1993-cü il iyunun 24-də Milli Məclisin qərarı ilə Əbülfəz Elçibəyin Azərbaycan Respublikası Prezidenti vəzifəsini icra edə bilmədiyi təsdiq olundu və onun səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevə verildi. 1993-cü il avqustun 29-da ölkədə vəzifə kürsüsünü qoyub qaçmış Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında Azərbaycan Respublikasının ümumxalq səsverməsi keçirildi. Referendumda ölkənin səsvermə hüquqlu vətəndaşlarının 92,02 faizi iştirak etmiş, onların 97,5 faizi səsvermədə “yox” cavabı vermişdi. Nəhayət ki, oktyabrın 3-də keçirilən prezident seçkisində xalqımız öz müqəddəratını birdəfəlik həll etdi, ulu öndər Heydər Əliyev prezident seçildi və bir həftədən sonra dövlət başçısı kimi and içdi.
1993-cü il xalqın təkidli tələbi ilə hakimiyyət dəyişikliyinin baş verməsi nəticəsində müstəqil Azərbaycan tarixində yeni dövr - Heydər Əliyev dövrü başlandı. Bununla da, dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçiliyi dahi dövlət xadiminə həvalə olundu. Ulu Öndər düşmənlərin min bir hiyləsini, məkirli oyunlarını məğlubiyyətə düçar etdi. Ölkəmizin müxtəlif bölgələrində baş qaldırmış separatçı qüvvələr və parçalanma meyilləri zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Dövlətçiliyimizə, müstəqilliyimizə, ərazi bütövlüyümüzə qəsdlər təşkil edən qruplar cəzalandırıldı. Məhz həmin dövrdən başlayaraq, dövlət qurumları ilə xalqın birliyi təmin edildi. Dahi dövlət xadimi Heydər Əliyev tarixin onun üzərinə qoyduğu mürəkkəb və taleyüklü çətinlikləri aradan qaldırdı. 1993-cü ilin iyun günlərindən sonrakı dövrdə qazandığımız uğurlarımız məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan böhran vəziyyətindən xilas oldu. Çox keçməmiş atəşkəs elan olundu, ictimai-siyasi sabitlik yarandı, ölkə quldurlardan təmizləndi. Beləliklə, xalq ağır vəziyyətdən çıxdı. Xalqımızın rəhbərinin səyi nəticəsində Azərbaycanda əmin-amanlıq yarandı. Ulu Öndər Heydər Əliyev müstəqilliyimizə qənim kəsilmiş düşmənlərimizin məkrli planları, hiylələri qarşısında duruş gətirə bildi. O, Azərbaycan dövlətçiliyini yox olmaq təhlükəsindən xilas etdi. Buna görə də, Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir.
1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlamış qurtuluş mübarizəsi tamamilə yeni mərhələyə qədəm qoydu. Bu dövr Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması uğrunda mübarizə və Yeni müstəqil Azərbaycanın qurulması dövrüdür. Azərbaycanın otuz ildən artıq bir dövrü xalqımızın ictimai-siyasi, mədəni həyatında dirçəliş yaradan Heydər Əliyevin adı ilə bağlıdır. Mürəkkəb tarixi dövrlərdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyevin ürəyi daim Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, xalqımızın xoşbəxtliyi üçün çırpınmışdır. Heydər Əliyev öz parlaq zəkası sayəsində yeni Azərbaycanı, ölkəmizi gələcəyə aparan yolları müəyyən etmişdir. Ümummilli Liderimizin siyasi fəaliyyətinin mühüm bir hissəsi də yaradıcısı və sədri olduğu Yeni Azərbaycan Partiyası ilə bağlıdır. Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsi ilə Yeni Azərbaycan Partiyasının inkişafında da tamamilə yeni bir mərhələ başlandı.
Sonda fikirlərimi Ulu Öndər Heydər Əliyevin sözləri ilə bitirmək istəyirəm: "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər". Bəli, Azərbaycan xalqı daim yaxşı bilirdi ki, Azərbaycanı ən ağır sınaqlardan çıxaran Heydər Əliyev siyasətinin davam etdirilməsi müstəqil dövlətimizin inkişafının qarantıdır. Bu səbəbdən xalqımız ümummilli liderin layiqli davamçısı İlham Əliyevə etimad göstərdi. Zaman özü də sübut etdi ki, cənab Prezidentimiz İlham Əliyev öz vədlərinə sadiq qaldı. Azərbaycan xalqı əmindir ki, Heydər Əliyev siyasəti ilə uzun illər Azərbaycan xalqına xidmət edən İlham Əliyev bundan sonra da ölkəmizə yeni-yeni uğurlar, qələbələr bəxş edəcəkdir!
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

