Qarabağda aparılan bərpa və yenidənqurma işləri regiona yeni nəfəs gətirəcək
30.06.2022 [11:05]
İyunun 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda keçirilən 11-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev videoformatda çıxış edib. Cənab Prezident öz çıxışında Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Azərbaycanın əldə etdiyi tərəqqi, eləcə də azad olunmuş ərazilərimizin dirçəldilməsi istiqamətində görülən işlər və bir çox digər vacib məsələlərə toxunmuşdur.
İşğal altında olan torpaqlarımızın mənfur düşməndən azad olunması ilə bütün dünya erməni işğalçıları tərəfindən cənnət Qarabağın məqsədli şəkildə xarabalığa çevrilməsini, vandalizmə məruz qalmasını, dini-tarixi abidələrimizin təhqir olunaraq dağıdılmasının şahidi oldu. Otuz il davam edən işğal dövründə şəhər və kəndlərimiz viran qoyulmuş, sosial, iqtisadi və ictimai infrastruktur, mövcud olan sənaye obyektləri darmadağın edilmiş, nəqliyyat-kommunikasiya xətləri yararsız vəziyyətə salınmış, xalqımıza və dövlətimizə qarşı ağır cinayət törədilmişdir. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinmiş, onlardan əsər-əlamət belə qalmamışdır. Xüsusilə, Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, hətta əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Erməni vandalları tərəfindən tarixi abidələrimizə, milli-mədəni irsimizə, dəyərlərimizə qəsd edilib. Onu da qeyd etməliyəm ki, postmüharibə dövründə dünyanın aparıcı dövlətlərinin nümayəndələrinin, xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələrinin azad edilmiş ərazilərimizə səfərləri əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına böyük təsir göstərmişdir.
Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən sonra azad edilmiş torpaqlarımızın bərpası prioritet vəzifədir. Bugün Qarabağ bölgəsində aparılan yenidənqurma və bərpa işlərinə xüsusi diqqətin yetirilməsi tariximizə və mənəvi varlığımıza dərin bağlılığın göstəricisi və əsl vətənpərvərlik nümunəsidir. Şübhəsiz ki, aparılan bərpa və yenidənqurma işləri regiona yeni nəfəs gətirəcəkdir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz “Böyük qayıdış”ın astanasındayıq. Olduqca qısa müddət ərzində Qarabağda yeni infrastruktur layihələrinin yaradılmasının və icra olunmasının şahidi oluruq. Səkkiz aydan az bir müddətdə Füzuli şəhərində hava limanı inşa edildi. Hazırda isə Zəngilan və Laçın rayonlarında daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin, o cümlədən Şuşa şəhərinin baş planı artıq hazırdır. Xüsusi vurğulamaq istərdim ki, planların hər biri Qarabağın möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Hazırda Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulan tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərərək, sahibkarlara açıqdır. Lakin kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir.
Hazırda əsas hədəfimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq təhlükəsiz, dayanıqlı şəhər və kəndlərin inşasıdır. Həmçinin xüsusi qeyd etmək lazımdır ki, azad edilmiş ərazilərimizdə müasir şəhər planlaşdırılması həyata keçirilir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyaları tətbiq edilir. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında tətbiq olunaraq, uğurla icra olundu. Artıq bu ilin may ayından Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başladılar. Erməni işğalçıları tərəfindən dağıdılmış digər şəhər və kəndlərimiz də müasir texnologiyalarla təmin olunan “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyaları əsasında yenidən bərpa olunacaqdır. Həmçinin, ölkə başçımızın diqqət və qayğısı nəticəsində paytaxt Bakı və paytaxtətrafı qəsəbələrin dinamik inkişafına, bir çox problemlərin həllinə nail olunmuşdur. Ölkəmizin müxtəlif yerlərində aparılan abadlıq-quruculuq, tərəqqi və yüksəliş Bakının simasında daha qabarıq görünür.
Sonda qeyd etmək istərdim ki, Azərbaycan bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Bizim sülh danışıqları üçün irəli sürdüyümüz 5 əsas prinsip də Ermənistan tərəfindən qəbul edilib. Çünki ermənilər özləri də yaxşı başa düşürlər ki, bu saziş məğlub ölkənin qurtuluşu olacaq və bölgəni sülh-əməkdaşlıq regionuna çevirəcəkdir.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
15 Avqust 20:56

Xəbər lenti
15 Avqust 18:50

İdman
15 Avqust 17:45

Xəbər lenti
15 Avqust 17:08

Xəbər lenti
15 Avqust 15:43

Dünya
15 Avqust 15:26

Xəbər lenti
15 Avqust 15:25

Xəbər lenti
15 Avqust 15:23

Xəbər lenti
15 Avqust 15:21

Xəbər lenti
15 Avqust 15:14

İdman
15 Avqust 14:21

Xəbər lenti
15 Avqust 13:44

Dünya
15 Avqust 13:12

Xəbər lenti
15 Avqust 12:30

Xəbər lenti
15 Avqust 11:43

Xəbər lenti
15 Avqust 11:16

Xəbər lenti
15 Avqust 11:08

Xəbər lenti
15 Avqust 10:53

Prezident bu gün
15 Avqust 10:28

Xəbər lenti
15 Avqust 10:24

Xəbər lenti
15 Avqust 10:11

Siyasət
15 Avqust 10:07

İdman
15 Avqust 09:26

Xəbər lenti
15 Avqust 09:00

Xəbər lenti
14 Avqust 18:40

Xəbər lenti
14 Avqust 17:14

Dünya
14 Avqust 16:51

Dünya
14 Avqust 15:36

Xəbər lenti
14 Avqust 11:59

Xəbər lenti
14 Avqust 11:55

İdman
14 Avqust 11:53

İdman
13 Avqust 21:25

Xəbər lenti
13 Avqust 18:25

İdman
13 Avqust 17:48

Xəbər lenti
13 Avqust 15:40

Xəbər lenti
13 Avqust 13:57

Xəbər lenti
13 Avqust 12:27

Maraqlı
13 Avqust 12:00

Xəbər lenti
13 Avqust 11:47

Xəbər lenti
13 Avqust 11:31

MEDİA
13 Avqust 11:29
Ədəbiyyat
13 Avqust 11:28
.jpg&width=120)
Xəbər lenti
13 Avqust 11:15

Sosial
13 Avqust 11:05

Sosial
13 Avqust 10:37

Analitik
13 Avqust 10:32

Prezident bu gün
13 Avqust 10:25

Xəbər lenti
13 Avqust 10:25

Siyasət
13 Avqust 10:21

Sosial
13 Avqust 10:20

Xəbər lenti
13 Avqust 10:18

Gündəm
13 Avqust 10:03

Xəbər lenti
12 Avqust 20:12

Xəbər lenti
12 Avqust 20:10

Gündəm
12 Avqust 19:43

İqtisadiyyat
12 Avqust 19:41

İqtisadiyyat
12 Avqust 19:35

Siyasət
12 Avqust 19:33

Gündəm
12 Avqust 19:32

Gündəm
12 Avqust 19:28

Xəbər lenti
12 Avqust 19:27

Xəbər lenti
12 Avqust 19:20

Xəbər lenti
12 Avqust 17:01

Xəbər lenti
12 Avqust 16:38

Xəbər lenti
12 Avqust 16:04

Xəbər lenti
12 Avqust 15:44

Xəbər lenti
12 Avqust 15:13

Xəbər lenti
12 Avqust 15:12

Gündəm
12 Avqust 13:59

Siyasət
12 Avqust 13:53
