/ / Azərbaycanın bütün şəhərlərinin tarixi siması qorunmaqla infrastrukturu yenidən qurulur, müasirləşdirilir, inkişaf etdirilir
Azərbaycanın bütün şəhərlərinin tarixi siması qorunmaqla infrastrukturu yenidən qurulur, müasirləşdirilir, inkişaf etdirilir
01.07.2022 [11:42]
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 27 iyun tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxışı zamanı olduqca vacib məsələlərə toxunaraq dünyaya önəmli mesajlar verib. Dövlət başçısı beynəlxalq tribunalardakı çıxışları zamanı hər zaman fundamental məsələlərin müzakirəsi, birgə fikir mübadiləsi əsasında qarşılıqlı maraq doğuran və dünyadakı stabilliyi, inkişafı şərtləndirən amilləri prioritet olaraq qiymətləndirib. Bu istiqamətlərdə dünya birliyinin həmrəyliyinin vacibliyini önə çəkərək dövlətləri qarşılıqlı əməkdaşlığa dəvət edib, dünyanın təhlükəsizliyinə təhdid yaradan istənilən problemlərin məhz danışıqlar yolu ilə həll edilməsinin əhəmiyyətini vurğulayıb. Dövlət başçısının çıxışları və qətiyyətli səyləri sayəsində bir çox problemlərin öz həllini tapdığının, dövlətlərarası dialoqun bərpa edildiyinin şahidi oluruq”. Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib.
Dövlət başçısı İlham Əliyevin forumdakı çıxışına toxunan Vüsar İsmayılovun sözlərinə görə 2022-ci il Azərbaycan üçün əhəmiyyətli və inkişaf göstəricilərinin yüksək olduğu illərdən biri olub. 2022-ci il işğaldan azad etdiyimiz ərazilərimizin dirçəldilməsi ili kimi tariximizdə önəmli yer tutur, həmin torpaqlarımız yenidənqurulur, inkişaf etdirilir, əvvəlki görkəminə qaytarılır: “Bu hadisələrin xalqımızın tarixində əvəzsiz yeri var. Çünki Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ürəkağrısı ilə qeyd edirik ki, işğalçı və terrorçu mahiyyətini öz cılız siyasəti və nankor əməlləri ilə sübut edən Ermənistan bir an belə olsa bu çirkin mahiyyətindən əl çəkməyib, Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı misli görünməmiş vandalizm aktları törədib. Qədim tarixi, əsrlərlə yaşı olan şəhər və kəndlərimiz qəsdən dağıdaraq, xalqımızın tarixi irsini özündə əks etdirən izlərin silinməsinə kobud cəhdlər edilib. Hər bir tarixi, mədəni və dini abidəni talan edərək həmin ərazilərin tarixini saxtalaşdırmağa, süni şəkildə erməniləşdirməyə çalışıblar. Azərbaycan xalqının heysiyyatına toxunaraq, məscidlərimizdə heyvan saxlayaraq, ümumilikdə İslam aləmini təhqir edib, insanların inanclarına qarşı vəhşi münasibət sərgiləyiblər”.
Partiyanın rayon təşkilatının sədrinin fikrinə əsasən faktlar onu deməyə əsas verir ki, Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Həmin ərazilərə səfər edən xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri həmin faktları gözləri ilə görüblər və dağıntıların tam miqyasını sənədləşdiriblər. Dünyanın əksəriyyət ölkələri ermənilərin etniktəmizləmə, soyqırımı, işğalçı, talançı əməllərinə illər boyu birmənalı və sərt mövqe bildirməyib. Bu əməllərin qarşısını alması üçün heç bir təzyiq göstərməyib. Dünya bu cür əməlləri ifşa etməli və dur deməlidir. Sözdə dövlətlərin və xalqların təhlükəsizliyinin, tarixi irsinin qorunub-saxlanılmasının, əməkdaşlığının, eləcə də dünyada sivilizasiya mühitinin formalaşdırılmasının tərəfdarı kimi çıxış edən hər bir ölkə və beynəlxalq təsisat əməldə də bu məsələlərdə qətiyyəli mövqe bildirməlidirlər. Azərbaycan bu istiqamətdə hər zaman obyektiv olub və dünya ictimaiyyətinin nümayəndələrini işğaldan azad edilmiş ərazilərə dəfələrlə dəvət edərək, onları oradakı dağıntılarla yerindəcə tanış olmağa çağırıb: “Artıq Azərbaycan işğaldan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir. Məcburi köçkünlərimizin 30 illik həsrətindən sonra öz yurd-yuvalarına ən qısa zamanda geri qayıtması üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında dünyanın ən müasir kəndlərindən biri olan Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edilib, istifadəyə verilib. Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir.”
YAP Binəqədi rayon təşkilatının sədri açıqlamasında onu da vurğuladı ki, təkcə işğaldan azad edilmiş şəhər və kəndlərimiz deyil, ölkəmizin bütün şəhərləri öz tarixi görkəmi və irsi qorunmaqla yenidənqurulur, müasirləşdirilir və inkişaf etdirilir. Bu gün Azərbaycanın şəhərləri öz gözəlliyi, rahatlığı və mövcud şəraiti ilə dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir. Yenidənqurma prosesində ölkəmizin hədəfi Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq keyfiyyət və sürəti birləşdirməkdir. Paytaxt Bakının və digər şəhərlərimizin tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub.
“Azərbaycan istər işğal zamanı, istərsə də postmüharibə dövründə sülhün tərəfdarı olduğunu əməli addımları ilə sübut edib. Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsinin təşəbbüskarı qismində çıxış edir. Bu müqavilənin imzalanması bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər. Ermənistan öz üzərinə götürdüyü öhdəliklərin məsuliyyətini dərindən dərk etməli və birmənalı olaraq yerinə yetirməlidir. Yalnız belə olacağı təqdirdə regionda davamlı tərəqqidən danışmaq olar və bütün şəhər və kəndlərimiz daha da gözəlləşər, abadlaşar. Təkcə Azərbaycan üçün deyil, biz bütün region və dünya üçün sülh arzulayırıq” – deyə, açıqlamasının sonunda Vüsar İsmayılov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

