Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Dünya üçün nümunə

Dünya üçün nümunə

20.07.2022 [11:19]

Varis Rüstəmov

YAP Sabirabad rayon təşkilatının sədri

İşğaldan azad edilən ərazilərimiz zəngin iqtisadi və aqrar potensiala malikdir. Burada sənaye, kənd təsərrüfatı və turizmin inkişafı üçün geniş imkanlar mövcuddur. Hələ sovetlər dönəmində aparılan geoloji kəşfiyyat işləri nəticəsində bölgədə zəngin yeraltı yataqların olduğu da müəyyən edilmişdir.

Azərbaycanda ən çox su ehtiyatları da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındadır. Suyun bol olması isə kənd təsərrüfatının inkişafı üçün geniş imkan yaradır. Burada 100 min hektara yaxın ərazidə buğda əkilməsi mümkündür. Yeri gəlmişkən qeyd edək ki, indiki halda əlavə taxıl sahələri ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Səbəbi məlumdur. Prezident İlham Əliyev cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bu barədə demişdir: "Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə nəinki biz, artıq bütün dünya üzləşib. İndi informasiya kanallarında, mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır. Əfsuslar olsun ki, biz də taxılın idxalından böyük dərəcədə asılı olan ölkəyik. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq və artıracağıq. Mənə verilən son məlumata görə, bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir".

Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzurda indi bütün diqqət həm də ərazilərin minalardan təmizlənməsi və infrastrukturun bərpasına yönəldilib. Paralel olaraq burada nəhəng infrastruktur layihələri icra olunur. Sonrakı mərhələdə isə diqqət bölgənin iqtisadi inkişafına veriləcək. Ağdam və Cəbrayıl rayonlarında sənaye parklarının, Zəngilanda "Dost Aqropark"ın tikintisinin aparılması bu istiqamətdə görülən işlərin yalnız başlanğıcıdır.

Prezident İlham Əliyev müşavirədə onu da bildirdi ki, müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq: “Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Ermənistanda nə qədər verilib? Sıfır! Bir koma da verilməyib, bir daxma da verilməyib. Yəni, əlbəttə, biz Ermənistanla özümüzü heç cür müqayisə etmək istəmirik. Amma bu, reallıqdır. İndi dünyada o qədər müharibələr olub - bizim bölgəmizdə, bizim coğrafiyaya yaxın olan yerlərdə, başqa yerlərdə. Hansı ölkə bunu edir? Mənə desinlər, mən eşitməmişəm. Ona görə etmirik ki, bununla öyünək, ona görə edirik ki, bunu mənəvi borc bilirik, edirik və edəcəyik. Bütün şəhid ailələri, hansılar ki, hələ növbədədir, yaxın gələcəkdə evlərlə təmin ediləcək.

Reabilitasiya mərkəzləri yaradılmışdır və ən müasir texnologiyalarla təchiz edilmişdir. Minlərlə xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür. Bu, bəlkə də unudulur, bəlkə də bunu daha çox göstərmək lazımdır və qiymətləndirmək lazımdır, özü də bizim qarşımızda bu boyda işlər ola-ola”.

Bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət öz növbəsində müstəsna önəm daşıyır. Bu, ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. Ölkəmizdə insan amili, onun rifahı, məşğulluğun təmin olunması, yoxsulluğun və işsizliyin aradan qaldırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Məhz bu kontekstdə Prezident İlham Əliyevin verdiyi qərarlar və görülən işlər bütün dünya üçün nümunədir. Bütün bunlar deməyə əsas verir ki, sosialyönümlü layihələrin icrası bundan sonra da uğurla davam etdiriləcək.

Paylaş:
Baxılıb: 326 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31