Qanunu pozanlar cəzalandırılacaq
28.07.2022 [13:42]
Dövlət idarəçiliyinin təkmilləşdirilməsi və neqativ hallara qarşı mübarizə Azərbaycanın dövlət siyasətinin ən mühüm prioritetlərindədir. Bu vacib amillər daha çevik və operativ idarəetmə mexanizminin tətbiqi, dövlət idarəetmə prinsiplərinin təkmilləşdirilməsi, şəffaflığın təmin edilməsi, maliyyə nəzarətinin daha da gücləndirilməsi, ictimai nəzarət mexanizmlərinin tətbiqində əsaslı rol almaqdadır. Hər zaman nitqlərində dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını vurğulayan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət yalnız xalqın maraqlarının müdafiəsinə, onun sosial-iqtisadi durumunun yaxşılaşdırılmasına xidmət edib. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı üçün nə lazımdırsa, o da olmalıdır", - deyən dövlət başçısı dəfələrlə vurğulayıb ki, istər böyük şəhəprlərdə, istərsə də regionlarda aparılan islahatlar, görülən işlər insanların rahat yaşamasına, yeni iş yerlərinin açılmasına xidmət etməlidir.
Bu gün dayanıqlı inkişafın təmin edilməsi təkmil islahatların həyata keçirilməsini, idarəetmə sistemində yenilikləri əsas tələb kimi qarşıya qoyur. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, islahatlara alternativ yoxdur. Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar. 44 günlük müharibədə qazanılan qələbə Azərbaycan dövlətinin və xalqının qarşısında yeni çağırışlar, yeni vəzifələr qoyur. Bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır. Təəssüf ki, bəzi məmurların bunu anlamaması müəyyən neqativ halların ortaya çıxmasına imkan verir. Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul etdiyi zaman öz nitqində bildirdi ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir: "Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır".
Vurğulandığı kimi, dövrün, zamanın tələblərinə uyğun olaraq idarəetmə sistemində təkmilləşmələr şəffaflığın, operativliyin, səmərəliliyin yüksəldilməsinə, ən əsası vətəndaş məmnunluğunun artırılmasına geniş yol açır. Prezident İlham Əliyev hər zaman öz çıxışlarında bildirib ki, yerlərə təyin edilən məmurların ilk vəzifəsi xalqın xidmətində dayanmaq, onların rahat yaşamasını təmin etməkdir. Bu dəfəki nitqində də dövlət başçısı yeni təyin edilən icra başçılarına xitabən bildirdi ki, " Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq".
Bəli, cənab Prezidentin də ifadə etdiyi kimi hər bir məmur öz fəaliyyətində dürüstlüyə və milli, dövlət, millət maraqlarına üstünlük vkerməlidir. Əks halda, şəxsi mənafelərini daha üstün tutanlarıün aqibəti cəzalandırılanlardan fərqlənməyəcək. Prezident İlham Əliyev öz çıxışında onu da vurğuladı ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır: "Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır".
Elnur Əmirəslanov
YAP Hacıqabul rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

