Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Xocavənd rayonunda şəhidin əziz xatirəsi anılıb

Xocavənd rayonunda şəhidin əziz xatirəsi anılıb

12.08.2022 [11:43]

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Qaradağlı  kənd sakini Tağıyev Elzamin Eyvaz  oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilib. Tədbirdə Xocavənd rayon İcra Hakimyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd rayon təşkilatının aparat işçiləri, güc strukturlarının rəhbərləri və rayon ictimaiyyəti şəhidlərin məzarları önünə qərənfillər düzüb, onların əziz xatirəsinə ehtiramlarını bildiriblər. Vətən müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Elzamin Tağıyevin döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad yetişdirdikləri üçün onlara öz minnətdarlığını bildirib.    

Şəhidin atası Eyvaz Tağıyev övladının qəhrəmanlığı ilə fəxr etdiyini  bildirib. Eyvaz Tağıyev  şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Sonda rayon məktəblilərinin hazırladıqları bədii kompozisiya nümayiş olunub.

Qeyd edək ki,  Tağıyev Elzamin Eyvaz oğlu  Şuşanın işğaldan azad edilməsi uğrunda  gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü” “Vətən uğrunda”,”Qubadlının azad olunmasına görə” “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Paylaş:
Baxılıb: 596 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31