Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Nərimanov rayonunda şəhid və qazi övladlarına yeni tədris ilinin başlaması münasibəti ilə hədiyyə kuponları təqdim olunub

Nərimanov rayonunda şəhid və qazi övladlarına yeni tədris ilinin başlaması münasibəti ilə hədiyyə kuponları təqdim olunub

13.09.2022 [11:01]

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və Grafika.az mağazalar şəbəkəsinin birgə təşkilatçılığı ilə yeni tədris ilinin başlaması münasibəti ilə Nərimanov rayonunda yaşayan bir qrup şəhid və qazi övladlarına məktəb ləvazimatlarının qarşılanması üçün hədiyyə kuponu təqdim edilib.

12 sentyabr 2022-ci il tarixdə YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov və təşkilatın əməkdaşları Nərimanov rayonunda yaşayan Vətən müharibəsi şəhidi Qərib Baxşəliyevin və qazi İlham Əliyevin evlərini ziyarət edib, onların ailə üzvləri ilə görüşüblər. Şəhid Qərib Baxşəliyevin və qazi İlham Əliyevin övladlarını qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik edib, onlara yüksək qiymətlərlə tədris ilini başa vurmalarını diləyiblər. Həmçinin, yeni tədris ilinə başlayacaq hər uşağa 100 AZN dəyərində Grafika.az mağazalar şəbəkəsinin hədiyyə kuponu təqdim olunub.

Sonra şəhid ailələrinin üzvləri, qazilər, məktəblilərin valideynləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 124 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

04 Oktyabr 10:30

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31