Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Tərtərdə Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tərtərdə Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

03.10.2022 [10:11]

YAP Tərtər rayon təşkilatı bildirir ki, Vətən Müharibəsi Şəhidi Mirzəli Rəşad Hafiz oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsi ziyarət edilmişdir.

   Şəhidin ikinci ildönümündə  Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov,  YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və rayon təşkilatının  məsul əməkdaşları, YAP fəalları , şəhid ailələri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak etmişlər.

    Görüşdə Mirzəli Rəşadın  Hafiz oğlunun şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilmişdir.

   Qeyd edək ki, Azərbaycan Ordusunun giziri olan Rəşad Mirzəli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

    Mirzəli Rəşad  Hafiz oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra  “Vətən uğrunda” “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətə görə” medalları ilə təltif edilmişdir.

    Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 450 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31