/ / Regionda dayanıqlı sülhə nail olmağın əsas şərtləri Ermənistanın öz öhdəliklərini yerinə yetirməsidir
Regionda dayanıqlı sülhə nail olmağın əsas şərtləri Ermənistanın öz öhdəliklərini yerinə yetirməsidir
13.10.2022 [11:24]
Məlumdur ki, Vətən müharibəsindən sonra regionda yeni vəziyyət yaranıb. Ermənistan tərəfindən 30 il ərzində törədilmiş dağıntılara, vəhşiliklərə baxmayaraq, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edir. Şübhəsiz ki, bu sülh müqaviləsinin əsasını Azərbaycanın təklif etdiyi 5 prinsip təşkil edir.
Oktyabrın 6-da Praqa şəhərində baş tutmuş "Avropa siyasi birliyi" Zirvə Toplantısında Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Ermənistan münasibətləri yenidən müzakirə obyekti oldu. İlk öncə onu deyə bilərik ki, bu səfər Prezident İlham Əliyevə göstərilən hörmətin göstəricisi, eyni zamanda da Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirilir.
Bildiyimiz kimi Azərbaycan Avropa ilə Asiya arasında körpü rolu oynayaraq çox böyük nəqliyyat-tranzit və enerji resurslarının dünya bazarlarına ixrac imkanlarına malikdir. Şərqdən Qərbə və Şimaldan Cənuba gedən bu yollar məhz Azərbaycandan keçdiyi üçün ölkəmiz Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ən qısa və iqtisadi cəhətdən əsas beynəlxalq ticarət yollarının birləşdiyi əlverişli logistik mərkəzə çevrilmişdir. Həmçinin, ölkəmizin əlverişli coğrafi mövqeyi ilə bərabər, burada beynəlxalq ticarət üçün lazımi nəqliyyat infrastrukturlarının mövcudluğu da mühüm rol oynayır.
Bugün Azərbaycan Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin bərqərar olmasına mühüm töhfə verir. Məlumdur ki, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək və Azərbaycan üzərindən Orta Asiyaya çıxışı da təmin edəcək.
Region üçün sülhün, sabitliyin, inteqrasiyanın qarantına çevriləcək bu dəhliz türk dünyasının birliyini gücləndirməklə yanaşı, regionda yaradılan yeni nəqliyyat imkanları hesabına Avropa ilə Asiyanın daha sıx birləşməsinə, bu məsələdə regionun geosiyasi əhəmiyyətinin artmasına da səbəb olacaq. Cənubi Qafqazda əməkdaşlığın, sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasını dəstəkləyən və daim bu təşəbbüslərlə çıxış edən Azərbaycan Zəngəzur dəhlizini açmaqla Avropa İttifaqı, region dövlətləri və bölgədə maraqları olan başqa dövlətlər üçün də etibarlı tərəfdaş olduğunu nümayiş etdirir.
Hər kəsə bəllidir ki, bu gün Azərbaycan Avropa İttifaqı ilə bir sıra istiqamətlər üzrə fəal əməkdaşlıq aparır. Təbii ki, bu əməkdaşlığın ən önəmli istiqaməti enerji sahəsidir. Mövcud geosiyasi vəziyyət Avropa ölkələrinin alternativ enerji mənbələri axtarışlarını daha da intensivləşdirib. Bu səbəbdən qitədə Azərbaycanın enerji resurslarına və ilk növbədə təbii qazına tələbat kəskin şəkildə artıb.
Prezident cənab İlham Əliyevin Praqa səfəri çərçivəsində çox mühüm görüşlər keçirildi ki, məhz o görüşlərdən biri də iki hissədən ibarət olmaqla beş saatdan artıq davam edən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənsitanın Baş naziri Nikol Paşinyan arasında keçirilən dördtərəfli görüş oldu.
Şübhəsiz ki, bu görüşdə Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində həm ölkəmizin milli maraqları təmin olundu, həm də Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin qarşısı alındı. Görüşün nəticələri göstərdi ki, cənab İlham Əliyev növbəti dəfə xalqımızın milli maraqlarına uyğun, müstəqil siyasət yürüdərək qətiyyətli və prinsipial mövqe nümayiş etdirdi, Azərbaycanın ədalətli mövqeyini bir daha onların diqqətinə çatdırdı.
Yekunda qəbul edilmiş bəyanat Azərbaycan və Ermənistanın qarşılıqlı şəkildə ərazi bütövlüklərini və suverenliklərini tanıması ilə əlamətdar oldu. Bu bəyanat da sülhə doğru atılmış çox mühüm bir addım idi. Çünki bu günə kimi Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tanınmamışdı. Bu xüsusda BMT-nin Nizamnaməsi əsas sənəd kimi götürüldü ki, bununla da Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiqlədi. Ermənistan suverenliyimizi tanımaqla Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdığını bəyan etmiş oldu. Ümumilikdə deyə bilərik ki, dördtərəfli görüşün nəticələri Azərbaycan diplomatiyasının növbəti qələbəsidir.
Eyni zamanda da Cənab Prezident İlham Əliyev Praqada Azərbaycan telekanallarına verdiyi müsahibəsində xüsusi olaraq vurğuladı ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar və artıq bu ilin sonunadək razılaşmaya nail oluna bilər.
Sevindirici haldır ki, bugün Avropa İttifaqı Prezident İlham Əliyevin irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləyir. Bu isə Ermənistanın sülh prosesinə mane olan bütün cəhdlərinin növbəti dəfə iflası deməkdir.
Ümumilikdə demək olar ki, Praqa görüşü Azərbaycanın diplomatik müstəvidə böyük zəfəridir və bu zəfər dövlətimizin hərbi platformada olduğu kimi, siyasi platformada da güc sahibi olduğunu sübut edir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

