Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur
17.10.2022 [11:27]
Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində ötən 19 ildə Azərbaycan bütün sahələrdə mühüm tarixi nailiyyətlər, parlaq qələbələr qazanıb. İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
Bu gün Azərbaycan Cənubi Qafqazın parlayan ulduzu, dünyanın 10 xoşbəxt ölkəsindən biri kimi tanınırsa, bu, həyata keçirilən siyasətin uğurlarından qaynaqlanır. Azərbaycanı uğurlu gələcəyə aparan inkişaf strategiyası hazırda beynəlxalq aləmdə təqdir olunur və öyrənilməsinin vacibliyi bildirilir. Bu gün Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsi də səbəbsiz deyil. İqtisadi uğurları, demokratiya təcrübəsi ilə digər dövlətlərə nümunə olan ölkəmizə beynəlxalq baxış yüksək səviyyədədir.
Möhkəm təməl üzərində inkişaf edən Azərbaycan öz liderliyini beynəlxalq qurumların hesabatlarında da qorumaqdadır. Azərbaycan ilk gündən demokratik, hüquqi dövlət quruculuğu yolunu tutaraq atdığı hər addımı ilə bu dəyərlərə sadiqliyini sözdə deyil, əməldə də sübut etdiyini göstərir. Azərbaycanın bu gün dünya birliyinin fəal üzvünə çevrilməsində demokratik islahatlar sahəsində qazandığı uğurlar əhəmiyyətli rol oynayır. Sirr deyil ki, bir ölkə digər dövlətlə iqtisadi əlaqələr qurarkən ilk növbədə həmin dövlətdə demokratiyanın inkişaf səviyyəsinə diqqət yetirir. Hər bir inkişafın təməlində sabitliyin və iqtisadi tərəqqinin dayandığını nəzərə alsaq, bu gün Azərbaycanın sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi tanınması və nüfuz qazanması hər bir məqsədə yüksək səviyyədə çatmağa əsas yaradır. Dövlət başçısı cənab İlham Əliyevin daim çıxışlarında bəyan etdiyi kimi, iqtisadi tərəqqi demokratikləşmə prosesini daha da sürətləndirir. Ölkədə iqtisadi və siyasi islahatların vəhdətliyinin təmin edilməsi hərtərəfli inkişafa əsas yaradır. Dünya təcrübəsinə, eyni zamanda, bu və ya digər ölkələrdə cərəyan edən proseslərə istinadən bu fikir də önə çəkilir ki, iqtisadi cəhətdən elə zəngin ölkələr var ki, onlarda demokratik inkişaf zəifdir. Elə ölkələr də var ki, demokratiya təcrübəsi örnəkdir, amma iqtisadi inkişaf səviyyəsi aşağıdır. Lakin Azərbaycanda siyasi və iqtisadi islahatların paralel şəkildə həyata keçirilməsi bu kimi problemlərin yaranmamasını şərtləndirir. Bu baxımdan dünya inkişafın Azərbaycan modelinin mövcudluğunu təqdir edir.
İlham Əliyev Azərbaycana Prezident kimi rəhbərlik etdiyi illərdə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin hədəfi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması idi. Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir.
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

