Füzuli rayonu yeni inkişaf dövrünü yaşayır
17.10.2022 [11:48]
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Füzuli rayonu artıq iki ildir ki, tarixi sahibinə qovuşub. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il oktyabrın 18-də Füzuli rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə tarixi Zəfərimizdən geniş bəhs edərək qarşıda dayanan hədəfləri açıqladı: “Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik. Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur - yüz mindən çox mina basdırılıb. Biz bütün bu işləri paralel şəkildə aparmalıyıq. Eyni zamanda, Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır.”
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuliyə səfər etdi. Müzəffər Ali Baş Komandan Füzuli şəhərində Azərbaycan Bayrağını qaldırdı. Füzuli-Şuşa avtomobil yolunun təməlini qoydu. Dövlət başçısı İlham Əliyev bu yolu “Zəfər yolu” adlandırdı
Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzuliyə də səfərləri silsilə xarakter daşıyır. Səfər çərçivəsində təməlqoyma və açılış mərasimlərində iştirak edən cənab İlham Əliyev bu mühüm addımları ilə Böyük Qayıdışı daha da sürətləndirir. 2021-ci ilin yanvar ayında Füzuliyə səfər edən İlham Əliyev Füzuli rayonunda hava limanının təməlini qoydu.
Füzuli Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərimizdə ilk limandır və bunun əhəmiyyəti olduqca böyükdür. Bu hava limanı işğaldan azad olunmuş ərazilərimizlə əlaqələrin intensiv və rahat qurulmasında mühüm rol oynayır. Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının açılışı iki dost, qardaş ölkənin – Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə həyata keçirildi.
Müzəffər Ali Baş Komandanın bu rayona hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni "ağıllı kənd"in, Azərişıq ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimləri deyilənlərin təsdiqidir. Həmçinin Füzuli Memorial Kompleksinin təməli və Füzuli şəhərinin təməl daşı qoyulub.
Ötən ilin oktyabr ayında Füzuli rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, düz bir il bundan əvvəl şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib, Azərbaycan bayrağını burada qaldırıb və beləliklə, uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin edib: "Həmin an-17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. İkinci Qarabağ müharibəsində şəhid olmuş bütün şəhidlərimizə Allahdan bir daha rəhmət diləyirəm. Onların fədakarlığı, qəhrəmanlığı sayəsində biz tarixi ədaləti bərpa etdik.”
Ölkə Prezidenti Füzulinin azad olunmasının əhəmiyyətindən geniş bəhs edərək bildirdi ki, Füzuli böyük yaşayış məntəqəsi idi və Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi. Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli Azərbaycan Ordusunun nəzarətinə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Otuz il ərzində düşmənin burada möhkəmlənməsi, istehkamlar qurmasına baxmayaraq, Azərbaycanın igid oğulları həmin sədləri keçərək düşmənin canına vəlvələ saldı. Bu, əsl qəhrəmanlığın, fədakarlığın təcəssümüdür.
Bu il 27 Sentyabr- Anım Günündə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli rayonuna nəvbəti səfəri zamanı xatirə lövhəsinin önünə gül dəstələri qoyduqdan sonra çıxışında bir daha bildirdi ki, xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər: “Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.”
Xəbər lenti
Hamısına baxSiyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32

