Azərbaycan ədaləti bərpa edən gücə sahibdir
19.10.2022 [16:17]
Ramil Orucov,
YAP Gəncə şəhər təşkilatının sədri
Ölkə Başçımız cənab İlham Əliyev Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında növbəti dəfə dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə, faşist ideologiyasına xidmət edən Ermənistanın apardığı soyqırımı siyasətinə yönəltdi.
Azərbaycan Prezidentinin çıxışında nəzər saldığı ən önəmli məsələlərdən biri Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, işğalçı Ermənistanın sərhəddə törətdiyi təxribatlar oldu.
44 günlük Vətən müharibəsi rəşadətli Ordumuz ermənilərin “yenilməz ordu” mifini məhv etdi və sübuta yetirdi ki, Azərbaycan ədaləti bərpa edən gücə sahibdir. 44 günlük Vətən Müharibəsi nəticəsində ölkəmiz uzunmüddətli işğala son qoyaraq ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa etdi. Dəfələrlə atəşkəs elan olunmasına baxmayaraq, düşmən tərəfdən davamlı olaraq atəşkəs rejimi pozulub, hərbi təxribatlar törədilib. 2020-ci il sentyabrın 27-də başlayan təxribatda isə düşmən layiqli cavabını, xalqımız isə erməni işğalçıları tərəfindən törədilən bütün vəhşiliklərin, terror aktlarının, şəhidlərimizin qisasını aldı. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti, milli maraqlara xidmət edən siyasəti nəticəsində xalqımız birlik göstərdi, tarixi ədaləti bərpa etdi. Öz gücünə beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunmasına nail olan Azərbaycan heç bir beynəlxalq norma və prinsipləri pozmadan, humanizm göstərərək haqlı olduğunu dünyaya bəyan etdi.
Vətən müharibəsindən iki il sonra, məkirli niyyətindən çəkinməyən düşmən sentyabrın 12-13-də Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdi. Sözsüz ki, Azərbaycan silahlı qüvvələrinin bu təxribatın qarşısını qətiyyətlə aldı. Lakin bu təxribat iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbə oldu.
Azərbaycanın milli maraqlarını hər zaman qətiyyətlə müdafiə edən Prezident cənab İlham Əliyev tutarlı, dəqiq və faktlarla növbəti dəfə də bütün bu təxribatlara görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü deyib.
Ölkəmizə qarşı olan təxribatlarla erməni vandalları bir daha sübut etdilər ki, revanşist fikirlərindən hələ də əl çəkməyib, sülh danışıqlarına ciddi yanaşmırlar. Qəsdən atəşkəsin şərtlərini yerinə yetirməyən, sülhə gedən yolda təxribatlar yaradan erməni faşistləri dünya ictimaiyyətində münaqişənin hələ də bitmədiyi fikrini yaratmağa çalışır, özlərinin köməyə ehtiyacı olan məzlumlardan ibarət olduqlarını göstərmək istəyirlər.
İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşının əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində həlak olduğunu və ya ciddi xəsarət aldığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Eyni zamanda, bizim tərəfimizdən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. Həmçinin Azərbaycanın bir hərbi mövqeyindən digərinə aparan yollar minalanıb. Silahlı toqquşmalar davam edib, aktiv faza maksimum 8 saat çəkib. Bəzilərinin hesab etdiyi kimi, Azərbaycan Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb”.
Ölkəmizi dünyaya təcavüzkar kimi göstərib, beynəlxalq aləmdə çətin vəziyyətdə qoymağı hədəfləyən erməni revanşistləri unutmasınlar ki, müstəqil Azərbaycan dövləti hər zaman olduğu kimi, təxribatlara, terrora, məkirli niyyətlərə layiqli cavab verib və ərazi bütövlüyümüzü qoruyub, hər zaman da qoruyacaq, düşmənə aman verməyəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

