/ / YAP Kəlbəcər rayon təşkilatı partiyanın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirib
YAP Kəlbəcər rayon təşkilatı partiyanın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirib
24.10.2022 [12:19]
Oktyabrın 20-də Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon Mədəniyyət sarayında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunan tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin Gəncə şəhərində ucaldılmış abidəsi və Kəlbəcər şəhidlərinin abidə kompleksi ziyarət olunub.
Tədbir Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə məruzə ilə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış partiyadır. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın 30 il ərzində zəngin və şərəfli inkişaf yolu keçdiyini deyən Həbib Misirov vurğulayıb ki, bu gün Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən güclü siyasi qüvvəsidir. “Azərbaycan xalqı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasəti tam dəstəkləyir. Partiyanın VII qurultayda isə qüdrətli liderimiz partiya qarşısına yeni vəzifələr qoydu. Partiya Sədri, Prezident İlham Əliyev həmişəki kimi geniş, dərin məzmunlu və proqram xarakterli çıxışı ilə əldə edilən uğurları, aparılan hərtərəfli islahatları yüksək dəyərləndirdi və gələcək fəaliyyətlə bağlı istiqamətləri, konturları göstərdi. 44 günlük Vətən müharibəsinin möhtəşəm zəfərimizlə başa çatmasının əsasında da məhz bu həmrəylik və vətəndaşlarımızın Prezident, Ali Baş Komandan, partiyanın Sədri İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləməsi dayanır”, - deyən Həbib Misirov YAP Kəlbəcər rayon təşkilatının fəaliyyəti haqqında da ətraflı məlumat verib. Qeyd edib ki, hazırda partiyanın rayon təşkilatının üzvlərinin sayı 4200 nəfərə çatır.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov qeyd edib ki, ölkədə YAP-a rəqib ola biləcək siyasi qüvvə yoxdur. Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır. Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün qələbələr salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək tarixi Zəfər qazandı. Bu zəfər qətiyyətli sərkərdənin “dəmir yumruğ”u, qüdrətli ordunun şücaəti, xalqın liderinə sarsılmaz inamı sayəsində reallaşdı.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov çıxış edərək bildirib ki, YAP ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına öz töhfələrini verir.
Milli Məclisin deputatı Aqil Məmmədov də çıxışında YAP-ın ölkəmizin ictimai-siyasi həyatında rolundan danışaraq, partiyanın alternativsiz siyasi qüvvə olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün sıralarında 700 mindən çox insanı özündə birləşdirən partiya gücünü xalqdan alır.
Tədbirdə, həmçinin Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant şəhid Anar Əliyevin atası Vaqif Əliyev, partiyanın veteranı, 94 yaşlı Qəzənfər Musayev, Vətən müharibəsi qazisi Xəyyam Fətəliyev, YAP üzvü Aytac Sadıqzadə, Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Hikmət Bağırov çıxış edərək, Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan danışıblar. Çıxışlarda 44 günlük Vətən müharibəsindən söz açılıb, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda bir çox qəhrəman vətəndaşlarımız kimi YAP üzvlərinin də şücaət göstərdikləri, bu yolda canlarını qurban verdikləri diqqətə çatdırılıb. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib tərəqqi yoluna çıxardığı Azərbaycan, hazırda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən, yeniləşən, müasirləşən ölkəyə çevrilib.
Çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirib ki, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da yüksək nailiyyətlərə imza atacaq.
Tədbirin sonunda Kəlbəcər rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi, Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

