/ / Ermənistanın təcavüzkar siyasəti təkcə Azərbaycana qarşı deyil, bütün müsəlman aləminə qarşı yönəlib
Ermənistanın təcavüzkar siyasəti təkcə Azərbaycana qarşı deyil, bütün müsəlman aləminə qarşı yönəlib
15.11.2022 [11:12]
İki il bundan öncə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdu. 2020-ci il 8 noyabr tarixində Şuşa şəhəri azad olunduqdan cəmi iki gün sonra hərbi texnikası tamamilə məhv edilmiş, canlı qüvvədə böyük itkilər vermiş Ermənistan faktiki olaraq kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla torpaqlarımızın 30 il davam edən işğalına son qoyuldu. Ölkə Prezidenti cənab İlham Əliyev cari ilin noyabr ayının 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxış edərkən bildirdi ki, Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.
Bu gün Azərbaycanın Birinci Qarabağ müharibəsindəki məğlubiyyətinin səbəbləri hər kəsə məlumdur. O vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər, hakimiyyət uğrunda mübarizə aparmışdılar, hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər. Bu məğlubuyyət xalqımızı mənəvi cəhətdən sarsıtmışdı. Buna görə də Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbəni əldə edən Şanlı Ordumuz bizə təkcə torpaqlarımızı deyil, həm də qürurumuzu qaytardı.
Əlbəttə ki, qələbə Azərbaycana heç də asan başa gəlməyib. 2003-2020-ci illər ərzində Azərbaycan Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə böyük bir hazırlıq mərhələsini keçib. İlk növbədə ölkədə güclü iqtisadiyyat yaradılıb və bunun əsasında ordumuz müasir texnika və silahlarla təchiz olunub. Buna paralel olaraq həmin illər ərzində beynəlxalq müstəvidə çox fəal iş aparılıb. Aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bizim mövqeyimizi dəstəkləyən, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişdir. Bu, Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin idi. Qeyd etmək lazımdır ki, müstəqilliyimizin bərpasından sonrakı ilk illər ərzində normal xarici əlaqələrin qurulmaması bu illərdə Qarabağda baş qaldıran erməni separatizmi və işğalçılıq siyasətinin də dünyaya çatdırılmasında ciddi əngəllər yaradırdı. Bu neqativ tendensiyaya yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsi ilə son qoyuldu. Ulu Öndər bütün yaxın və uzaq ölkələrlə normal əlaqələr qurmağı xarici siyasətdə əsas prioritet hesab edirdi. Ümimmilli Lider İslam dünyası, ərəb ölkələri ilə əlaqələrə də hər zaman xüsusi diqqət yetirib. Nəzərə almaq lazımdır ki, İslam dünyası ilə əlaqələri inkişaf etdirmək Qarabağ problemi və erməni işğalı barədə həqiqətləri müsəlman aləminin mövcud imkanlarından istifadə edərək bütün dünyaya çatdırmaq baxımından önəmli idi və Ulu Öndər Heydər Əliyev bunu hamıdan yaxşı bilirdi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev də bu gün müsəlman ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verir. Dövlət başçımızın ötən 19 il ərzində müsəlman ölkələrinə həyata keçirdiyi səfərlər, əldə edilən ikitərəfli razılaşmalar bunu aydın şəkildə nümayiş etdirir. Təəssüflər olsun ki, istər işğal illərində, istərsə də postmünaqişə dövründə bəzi qonşu müsəlman ölkələr Ermənistanla həmrəylik nümayiş etdirərək onları hər cür dəstəkləməyə çalışırlar. Lakin Azərbaycan erməni vandalizminin acı nəticələrini bütün dünyaya nümayiş etdirməklə bunun səhv mövqe olduğunu hər kəsə sübut etdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi, məscidləri dağıdan faşist rejimi müsəlman ölkələri ilə dost ola bilməz. Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələr qurdu və onlara izah etməyə nail oldu ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır.
Ermənistan İkinci Qarabağ müharibəsinin nəticələrindən özünə dərs götürməli və bu dərsləri heç zaman unutmamalıdır. və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər kimsə nə vaxtsa yenidən ölkəmizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, dəmir yumruğu bir daha görəcək və son iki ilin tarixi bunu bir daha göstərdi.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00

