/ / Azərbaycan, Türkiyə və Türkmənistanın birgə layihələri türk dünyasının inkişafına böyük töhfələr verəcək
Azərbaycan, Türkiyə və Türkmənistanın birgə layihələri türk dünyasının inkişafına böyük töhfələr verəcək
15.12.2022 [16:06]
2022-ci ilin dekabrın 14-də Türkmənistanda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Birinci Zirvə Görüşü keçirildi. Bu görüşdə ölkələr arasında yeni qlobal miqyaslı enerji, nəqliyyat layihələri ilə hansı gücə qadir olduqlarını bütün dünyaya nümayiş etdirdilər.
Keçirilən görüşdə liderlərin imzaladıqları mühüm sənədlər onu göstərdi ki, əldə edilən razılıqlar yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın bundan sonra da gücləndirilməsinə mühüm töhfələr verəcək.
Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri hər zaman yüksək səviyyədə olub. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi isə Azərbaycan-Türkiyə münasibətlərini möhkəm strateji müttəfiqlik səviyyəsinə çatdırıb. 5 il öncə, 2017-ci ildə isə Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb.
Türkdili dövlətlərin birliyini hər zaman təqdir edən və bu prosesə öz dəstəyini, töhfəsini verən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev vurğulayıb ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk dünyası böyük bir ailədir. Ona görə də bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərilməsi vacib şərtlərdəndir.
Bu səfər Prezident cənab İlham Əliyevin bu il Türkmənistana sayca ikinci səfəri idi. Dövlət başçısı bu dəfəki səfər çərçivəsində 3 görüş keçirdi. Türkmənbaşı şəhərində Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla, ölkə Prezidenti Sərdar Berdiməhəmmədovla və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirilən görüşlərdə vurğulanıb ki, Birinci Zirvə Görüşü ikitərəfli əlaqələri qardaşlıq münasibətlərini bundan sonra daha da gücləndirəcək. Həmçinin tarixi bağlar üzərində qurulmuş münasibətlər ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafına müsbət impuls verəcək.
Üç qardaş ölkənin liderləri Xəzərin Türkmənistana aid olan hissəsində yaradılmış Avaza istirahət və möhtəşəm kurort mərkəzində reallaşan ilk Zirvə görüşündən sonra 5 mühüm sənəd imzaladılar. Bu sənədlər qardaş ölkələr arasında geosiyasi və geoiqtisadi münasibətlər baxımından əhəmiyyətli sənədlər kimi enerji ehtiyatları tədarükünün şaxələndirilməsinə, tranzit-nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə yol açacaqdır.
Əminliklə söyləyə bilərik ki, liderlərin görüşü, imzalanan yeni sazişlər Azərbaycan, Türkiyə və Türkmənistan əməkdaşlığının daha da genişlənməsinə real zəmin yaradacaq. Prezident cənab İlham Əliyevin Zirvə görüşündə səsləndirdiyi kimi, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələr arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcəkdir.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45

